Dərc edildi: Baxış sayı: 554
“Boeing” “Embraer” ilə müştərək müəssisə yaratmaqdan imtina etdi
ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing” Braziliyanın təyyarə istehsalçısı “Embraer” ilə birgə müəssisə yaratmaq barədə müqaviləni ləğv edib.
“Report” xəbər verir ki, bu barədə “Boeing” məlumat yayıb.
Qeyd olunub ki, “Embraer” lazımi şərtləri yerinə yetirə bilmədiyi üçün “Boeing” müqaviləni ləğv etmək hüququndan istifadə edib. Lakin, KS-390 təyyarələri ilə bağlı müqavilə qüvvədə qalacaq.
Xatırladaq ki, iki təyyarə istehsalçıları arasında strateji tərəfdaşlıq, iki müştərək müəssisənin yaradılmasını nəzərdə tutulurdu. Müqaviləyə əsasən, “Boeing” tərəfdaşının kommersiya və xidmət bölməsinin 80%-ni 4,2 milyard ABŞ dollarına almalı idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət