Dərc edildi: Baxış sayı: 509
BNA yol nişanlarının quraşdırılmasına 4,8 mln. manat xərcləyəcək
Bakı Nəqliyyat Agentliyi (BNA) yol nişanlarının alınmasına dair keçirilən tenderin qalibini müəyyənləşdirib.
Ens.az "APA-Economics"-a istinadən verdiyi məlumata görə, tender komissiyasının qərarına əsasən, BNA-nın elan etdiyi tenderin qalibi "Yol xətt" MMC seçilib. Bu şirkətlə ümumi dəyəri 4,77 mln. manatdan çox təşkil edən müqavilə imzalanıb.
Müqavilələrə görə, şirkət tərəfindən yol nişan və dirəkləri, sürət məhdudlaşdırıcı süni maneələr, məlumat lövhələri və dirəkləri, tənzimləyici nəqliyyat güzgülərinin təchizatı və quraşdırılması işləri aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət