Slimfit
  1. AZƏRBAYCAN

BNA yeni avtobuslar üçün sürücülərin işə qəbuluna başlayıb

BNA yeni avtobuslar üçün sürücülərin işə qəbuluna başlayıb
Sakura

BNA yeni avtobuslar üçün sürücülərin işə qəbuluna başlayıb

 Bakı Nəqliyyat Agentliyi (BNA) “D” kateqoriyalı sürücülər üçün işə qəbul müsabiqəsi elan edib.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, işə götürüləcək şəxslər ölkəyə gətirilməsi planlaşdırılan yeni avtobuslarda işləyəcək. 

Vakant sürücü vəzifələrini tutmaq istəyən namizədlər üçün “Sürücü Təlim Mərkəzi”ndə avtobuslarla şəhərdaxili sərnişin daşımalarını həyata keçirən sürücülərin peşə fəaliyyəti və davranışı üzrə, bundan əlavə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair ödənişli nəzəri və praktiki təlimlər həyata keçiriləcək.

Sürücü peşəkarlığını artırmağa imkan verən təlimi uğurla başa vuran sürücülər işlə təmin olunacaq.

Təlimdə iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:

1. Məhkumluq haqqında arayış (ASAN Xidmətdən);

2. Tibbi arayış;

3. “D” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi;

4. Şəxsiyyət vəsiqəsi.

Müsabiqədə iştirak etmək istəyənlər Zığ-Hövsan yolu 1-ci kilometr 1 ünvanında yerləşən “Sürücü Təlim Mərkəzi” MMC-yə müraciət etməlidirlər. Əlaqə nömrəsi: (+994) 50 254 11 38

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR