BNA: Şəffaf arakəsmə quraşdırılmayan taksilərə fərqlənmə nişanı verilməyəcək
"Taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə təqdim edilir".
Ens.az xəbər verir ki, bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib. Məlumata görə, məqsəd sərt karantin rejimində taksi xidməti adı altında sərbəst hərəkət imkanı məqsədi ilə sui-istifadə hallarının qarşısının alınmasıdır.
İctimai nəqliyyatda koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək: "Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə uyğun olmalıdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət