Dərc edildi: Baxış sayı: 630
BNA: Parklanmaya nəzarət artırılıb
Bakı Nəqliyyat Agentliyi bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.
Axar.az xəbər verir ki, bu sözləri agentliyin mətbuat katibi Mais Ağayev Feysbuk hesabında yazıb. O, Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axınının müşahidə olunduğunu bildirib:
"Hazırda şəhər yollarında sıxlıq müşahidə olunmur. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə işıqforların vaxt planlanmasında dəyişiklik edilib. Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət