Slimfit
  1. MEDİA

BNA işçiləri sərnişinlərin avtobusda maska taxmasına nəzarət edə bilirmi?

BNA işçiləri sərnişinlərin avtobusda maska taxmasına nəzarət edə bilirmi?
Sakura

BNA işçiləri sərnişinlərin avtobusda maska taxmasına nəzarət edə bilirmi?

“Pandemiyanın ilk vaxtlarında Bakı Nəqliyyat Agentliyi (BNA) həm ictimai nəqliyyat istifadəçilərinin, həm də ictimai nəqliyyatın fəaliyyətinin təmin olunmasında iştirak edən sürücü və dispetçerlərin sağlamlığının qorunması üçün zəruri tədbirlər həyata keçirib”.

Bu sözləri Modern.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib:

“Pandemiya başlayandan bütün ictimai nəqliyyat vasitələrinə bununla bağlı göstəriş verilib ki, avtobuslar gündəlik reysdən qayıtdıqdan sonra xüsusi dərman məhlulları ilə dezinfeksiya olunmalıdır. Mütəmadi olaraq istehsalat bazalarında gecə saatlarında dezinfeksiya işlərinə nəzarət üçün monitorinqlər həyata keçirilir. 35-dən artıq qarajda hər gün avtobuslar dezinfeksiya olunur, əlavə zərurət olduğu halda son dayancaq məntəqələrində yol verilən dozada təmizlənmə işi aparılır”.


M.Ağayev qeyd edib ki, BNA sərnişinlərin ictimai nəqliyyatda maskadan istifadəsinə nəzarət üçün tədbirlər həyata keçirib. Sərnişin tələbatı daha çox olan təxminən 30-dan artıq dayanacaqda agentliyin 120 nəfərdən artıq işçisi sərnişinlərin maskadan istifadə qaydalarına nəzarət edir.



Nəzrin Vahid

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR