Slimfit
  1. MEDİA

BNA heç nə edə bilmir, DİN müdaxilə etməlidir – Ekspert

BNA heç nə edə bilmir, DİN müdaxilə etməlidir – Ekspert
Sakura

BNA heç nə edə bilmir, DİN müdaxilə etməlidir – Ekspert

“Diqlas” Ticarət Mərkəzinin qarşısındakı yolda yaşanan durum biabırçılıqdır. Bu gün bu durumun qarşısını ancaq və ancaq Bakı Nəqliyyat Agentliyi ala bilər. Necə ki, müəyyən ərazilərə kameralar yerləşdirməklə 5-10 dəqiqədən artıq park edənləri cərimələməklə problemi həll etdilər. Ancaq bu təkcə müşahidə kameraları ilə görüləcək iş deyil.

Bu sözləri Axar.az-a yol-nəqliyyat eksperti Elməddin Muradlı söküntüsü aparılan “Diqlas” Ticarət Mərkəzinin qarşısındakı yolun bir zolağında avtomobillərin park edilməsi ilə bağlı danışarkən deyib.

E.Muradlı bildirib ki, bu gün Bakıda dayanma-durma və parklanma ilə bağlı problem öz həllini tapmayıb:

“Bildiyim qədərilə, həmin ərazidə müşahidə kameraları var. Məhz bu kameralar vasitəsilə yolun hərəkət hissəsində avtomobil park edənləri müəyyən etmək olar. Ancaq problem təkcə kameralar vasitəsi ilə müəyyən edib cərimələməklə həll ediləsi bir məsələ deyil”.

E.Muradlı bildirib ki, BNA əraziyə əməkdaşlarını qoymalıdır, əməkdaşlar xidməti avtomobillə ərazidə dayanmalı, orada maşın park etməyə icazə verməməli, dayananları isə cərimələməlidir:

“Diqlası”ın söküntüsü üçün çəkilən hasarın önündə, prospektin bir zolağını zəbt etməklə maşınların saxlanılmasına nəzarət edən, qoluna xüsusi işarə bağlayan şəxslər BNA-nın əməkdaşları deyil. Mən bunu sizə əminliklə deyirəm. Çünki BNA indiyə qədər yeraltı dayanacaqlardan başqa heç bir dayanacağa nəzarət edə bilmir. Çünki tam təhvil ala bilməyib.

Orada dayanan maşınlara nəzarət edən şəxslər “ASA İsgəndər Holdinq” adlanan bir şirkətin işçiləridir. Onlar iddia edirlər ki, vaxtilə Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı olanda Bakı şəhərində 120 parkinqin idarə edilməsini rəsmi müqavilə əsasında onlara həvalə edib. İndi Bakı Şəhər İcra Hakimiyyətinin parkinqlərə nəzarəti əlindən alınsa da, həmin müqavilə qüvvədə olduğuna görə şirkət yaranmış bu boşluqdan istifadə edərək daha böyük əraziləri zəbt edib. Bakıda demək olar ki, bütün dayanacaqlar həmin o şirkətin nəzarətindədir. İndi o şirkətin rəhbərinə sual vermək lazımdır ki, axı sizə 120 parkinq yeri veriblər, siz niyə hər boş əraziyə öz əməkdaşınızı qoymusunuz?”

Ekspert əlavə edib ki, Daxili İşlər Nazirliyi buna müdaxilə etməlidir:

“BNA bununla bağlı aidiyyəti qurumlara da müraciət edib.

Bu şirkət nümayəndələri özbaşına qəbz çıxarırlar, pul yığırlar. Bir çox hallarda pul verməyən sürücülərə hədə-qorxu gəlirlər, cərimə yazmaqla qorxudurlar. Bu gün bu məsələyə görə cərimə yazmaq səlahiyyəti Bakı Nəqliyyat Agentliyindədir ki, onlar da hələ bir çox dayanacaqları təhvil almayıb.

Əgər BNA bütün parkinqlərə nəzarət edə bilmirsə, o zaman digər səlahiyyətli qurumlar məsələyə müdaxilə etməlidir. Yoxsa hələ uzun müddət bu problem davam edəcək”.

Qeyd edək ki, yanan “Diqlas” Ticarət Mərkəzinin söküntüsünə 22 maydan başlanılıb. Bu məqsədlə bina hasarlanıb və təhlükəsizlik üçün hasar Q.Qarayev prospektinin bir zolağını da əhatə edib. Prospektin digər zolağında isə qanunsuz parkinq qurulub, nəticədə maşınların hərəkəti üçün yalnız bir zolaq qalıb ki, bu da tıxaclara səbəb olur.

Qanunsuz, prospektin bir zolağında qurulan parkinqlə üzbəüz beşmərtəbəli, ən müasir tələblərə cavab verən parkinq mövcuddur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR