Dərc edildi: Baxış sayı: 741
“BMW” və “Tesla” qiymətləri aşağı salıb
Çin hökumətinin ABŞ istehsalı olan avtomobillərə tətbiq olunan əlavə tarifləri dayandırması qərarından sonra “BMW” və “Tesla” Çin bazarında satışa çıxardığı nəqliyyat vasitələrinin qiymətlərini aşağı salıb.
"BI" xəbər verir ki, “BMW” konserninin ABŞ-dakı zavodlarına yığılmış X5 avtomobilinin qiyməti 30 min yuan (4340 ABŞ dolları) azaldılıb. Bundan başqa, X6, X5M və X6M avtomobillərinin qiyməti Çinin ABŞ avtomobillərinə əlavə tariflər tətbiq etməyə başlamasınadək olan səviyyəyə endirilib.
Analoji qərarı “Tesla” şirkəti də qəbul edib. Belə ki, “Model S” və “Model X” avtomobillərinin qiymətləri müvafiq olaraq 15200 və 9400 dollar aşağı salınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət