Slimfit
  1. AVTO VƏ MOTO

BMW şirkəti X7 modelini torpaq, qumluq və qarlı yollarda sınaqdan keçirdi

BMW şirkəti X7 modelini torpaq, qumluq və qarlı yollarda sınaqdan keçirdi
Sakura

BMW şirkəti X7 modelini torpaq, qumluq və qarlı yollarda sınaqdan keçirdi

BMW şirkəti bayraqdar krossoveri olacaq X7 modelinin növbəti videotizerini yayıb. Kamuflyaja bürünmüş model şossedə, torpaq yolda, qumluqda və qarlı yollarda sınaqdan keçirilən zaman lentə alınıb.

Fins.az-ın məlumatına görə, X7 krossoveri 3-Series və 7-Series sedanlarının, həmçinin yeni nəsil X3 modelinin istehsalında istifadə edilən CLAR modul platformasında inşa edilib.

Bavariya istehsalçısının yeni flaqmanı iri ölçülərə malik olacaq. Krossoverin qabarit uzunluğu 5100 millimetr, eni - 2020 millimetr, hündürlüyü isə 1800 millimetr təşkil edəcək.

Beləliklə, X7 krossoveri X5 modelindən 178 millimetr uzun, 16 millimetr enli və 55 millimetr hündürdür.Onun təkər bazası 3010 millimetrdir. X5 modelində bu rəqəm 2975 millimetrdir. BMW X7 modelinin pilot istehsalına keçən ilin sonunda alman istehsalçısının Spartanburqdakı zavodunda başlanıb.

İlk BMW X7-lər həm benzin həm də dizel ilə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR