Slimfit
BMW AG
Sakura

BMW AG HAQQINDA

BMW AG (Bayerische Motoren Werke AG, alman dilindən tərcüməsi "Bavariya motor zavodu") Alman avtomobil, motosiklet, mühərrik, eləcə də velosiped istehsalçısıdır. Bu gün şirkətin sədri Norbert Raytxofer, baş dizayneri isə Yozef Kabandır. Şirkətin devizi "Freude am Fahren"dir, Alman dilindən tərcüməsi "Sürməkdən həzz almaq"dır. İngilisdilli ölkələr üçün də "The Ultimate Driving Machine" düşünülmüşdür.
 
ADI
 
"BMW"nin Azərbaycanca adı "be-em-ve" kimi çəkilir ki, bu da Alman tələffüzünə yaxındır. İngilisdilli ölkələrdə "bi-em-dabl-yu" kimi səsləndirirlər. Bir neçə "qeyri-rəsmi" adlar da var: Firmanın motosikletləri üçün tarixən adı "bimer" kimi formalaşıb. Rusiyada markaya "bimmer", "bumer", "bimer", "bexa", Yunanıstanda "beba", ərəb ölkələrində "BM" adları tətbiq olunur. Avtomobillər müvafiq olaraq onların seriyaları ilə adlandırıla bilər, məsələn 5-ci seriya üçün - "beşlik", Alman dilində Fünfer, İngilis dilində Fiver.
 
II DÜNYA MÜHARİBƏSİNƏ QƏDƏR Kİ, TARİXİ
 
Sənaye firması 1916-cı ilin oktyabrında Karl Fridrix Rapp tərəfindən yaradılıb, BMW şirkəti 20 iyul 1917-ci ildə aviasiya mühərriklərinin istehsalçısı kimi rəsmən qeydə alınıb - Bayerische Flugzeug-Werke. Münhen bölgəsi olan Milbertshofen ona görə seçilmişdir ki, o Alman təyyarə istehsalçısı olan Qustav Ottonun Flugmaschinenfabrik-nin yaxınlığında yerləşirdi.
 
1929-cu ildən BMW emblemi ağ-mavi dairəvi, indiyədək istifadə olunur (sağdan yuxarı göstərilmişdir), rahatlığı üçün mavi səmanın fonunda təyyarə vinti kimi istiqamətlənir. BMW şirkəti iddia edir ki, loqotipdəki ağ və mavi rənglər Bavariyanın bayrağından götürülüb.
1916-ci ildə şirkət V12 mühərriklərin istehsalı üçün Avstro-Macarıstanla müqavilə bağlayır. Əlavə maliyyələşdirməyə ehtiyacı olan Rapp, Kamillo Kastilyoni və Maks Fritzdən dəstək alır, şirkət Bayerische Motoren Werke GmbH kimi yenidən yaradılır. 1917-ci ildə müəssisənin sürətli artımı bəzi çətinliklər yaratdı, bundan sonra Rapp şirkəti tərk etdi, rəhbərlik avstriyalı sənaye sahibi Frantz Yozef Poppa keçdi, 1918-ci ildə isə şirkət BMW AG adlandırıldı.
 
1919-cu ildə Frantz Dimer BMW mühərrikli təyyarə ilə 9760 metr hündürlüyə qalxaraq, BMW-nin ilk dünya rekordunu müəyyənləşdirdi. I dünya müharibəsindən sonra 1919-cu il Versal sülh müqaviləsinin şərtlərinə görə təyyarələrin Almaniyada istehsalı qadağan olundu, nəticədə Qustav Otto öz fabrikini bağladı, BMW isə kənd təsərrüfatı texnikasının, qatarlar üçün əyləclər, məişət əşyalarının istehsalına keçdi.
 
1922-ci ildə şərqi Münhen aeroportu Obervizenfelddə BMW bugünkü əsas binasını (bu gün şəhər Olimpiya Mərkəzidir) tikir. 1923-cü ildə Münhen fabrikində ilk BMW motosikleti buraxılır. 1924-cü ildə BMW mühərriki ilə təchiz edilmiş təyyarə ilə İrana ilk qitələrarası uçuş baş tutdu. 1926-cı ildə BMW VI mühərrikli Rohrbach Ro VII hidrotəyyarəsi beş dünya rekordu müəyyən edir. 1927-ci ildə 87 dünya aviarekordu müəyyən edildi, onlardan 29-u BMW mühərriki ilə təchiz edilmişdir.
 
1928-ci ildə BMW Ayzenahda (Tyurinqiya) avtomobil zavodu, onunla bərabər isə Dixi adlı kiçik avtomobilin istehsalına lisenziya əldə edir. Şirkət Pratt & Whitney aviasiya mühərrikləri istehsal edən Amerika şirkəti ilə radial mühərriklərin hazırlanması üçün lisenziya müqaviləsi bağlayır. BMW-nin birinci maşının adı - Dixidir. 1929-cu ildə Austin Motor Company tərəfindən hazırlanıb, lakin avtomobillər 40-cı illərə qədər Ayzenahda istehsal olunub. Həmin il Ernst Henne BMW motorlu motosikletlə dünyanın ən sürətli motosikletçisi olur.
 
1933-cü ildə ilk 6 silindrli mühərriki olan BMW avtomobilinin "303" modelinin buraxılışı başladı. Məhz bu model ilk olaraq xarakterik radiator qəfəsinə sahib olur. Xalq arasında "burun dəlikləri" adlandırılırdı. Bu dəliklər bütün BMW avtomobilləri üçün tipik bir dizayn elementi oldu.
 
1936-cı ildə BMW-nin ən məşhur idman avtomobillərindən biri olan "328" istehsal edilir. O dövr üçün bu avanqard texniki yeniliklər idi: boruşəkilli çərçivə, yüngül lehim başlıqlı altı silindrli mühərrik, çubuqlarla yeni bir klapan sistemi. 328 modeli ilə BMW 30-cu illərin ikinci yarısında məşhur oldu. Bütün sonrakı avtomobillərin iki rəngli rəmzi yüksək keyfiyyət, etibarlılıq və gözəlliyin simvolu kimi ictimaiyyət tərəfindən qəbul edildi. Onun yaranışı ilə BMW ideologiyası tamamilə formalaşdı, hansı ki, bu günə qədər yeni modellərin konsepsiyasını müəyyənləşdirir: "Avtomobil - sürücü üçün". Əsas rəqib, "Mercedes-Benz" "Avtomobil - sərnişinlər üçün" prinsipinə əməl edir. O zamandan bəri hər bir şirkət onun seçiminin doğru olduğunu sübut edərək öz yolu ilə gedir.
 
Böyük bir çox yarışların qalibi - dairəvi, ralli, təpəyə qaldırma yarışları - BMW 328 idman avtomobilinin bilicilərinə ünvanlanmış və bütün seriya idman avtomobillərini geridə qoymuşdur.
 
1938-ci ildə BMW Pratt - Whitney mühərrikləri üçün lisenziya qazanır. Daha sonra məşhur Yunkers U52-yə quraşdırılmış 132 modelini hazırlayır. Həmin il 60 at gücündə və maksimal sürəti 210 km/saat təşkil edən müharibədən əvvəlki ən sürətli motosiklet modeli yaradıldı. 1939-cu ildə alman yürüşçüsü Qeorq Mayer bu motosikletlə Avropa çempionu oldu və ilk dəfə bir əcnəbi xarici motosikletlə ingilis yarışını "Senior Tourist Trophy" qazanır.
 
1939-cu ilin iyun ayında Siemens öz maşınqayırma BMW filialını satdı. Əməliyyatın nəticələrinə görə, bütün istehsal və texniki sənədlər, sənaye nümunələri, patentlər, istehsal obyektləri və tədqiqat müəssisələri, bütün işçi heyəti və mühəndis kadrları ilə yanaşı, Brandenburq motortikinti zavodları BMW-nin əmlakı oldu. BMW mülkiyyətinə həm də zavodlar və fabriklər, Şpandaudakı, Niderbarnimedəki, Basdorfdakı və Zyulsdorfdakı laboratoriyalar və sınaq poliqonları və orada çalışan bir neçə on min işçi (sonradan Basdorfda və Zyulsdorfda olan keçmiş zavodların yerində aviamühərriklər istehsal edən şirkəti Niederbarnimer Flugmotorenwerke Gmbh zavodlar yaradıldı) keçdi.
 
30-cu illərin ortalarına qədər şirkət, görünməmiş ölçüyə qədər böyüdü və Avropada ən böyük sənaye konserni kimi təmsil olundu, BMW zavodları Bavariyada böyük bir sənaye konqlomeratına çevrildi. Həmin vaxt şirkətin artıq müşahidə və icraçı şuraları var idi və faktiki olaraq öz baş direktorundan asılı deyildi, üstəlik, müşahidə şurası öz kütləsi ilə Popp və onun korporativ siyasət kursuna qarşı qarşıdurma mövqeyi tutdu. Frans Yozef Popp 1917-ci ildən 1942-ci ilədək BMW-nin baş direktoru postunu tutaraq, BMW-yə avtokratik rəhbərlik edirdi, kollegial idarəçilik prinsiplərini inkar edirdi və özünün baş direktor səlahiyyətinə hər hansı bir qəsdi qətiyyətlə bastırmışdır, bununla yanaşı, BMW-nin rəhbərliyinin əsas kütləsi daha mərkəzləşdirilmiş və kollegial idarəetmə strukturununun vacibliyi fikrində idilər. Tamamilə fərqli baxışlara görə Frans Popp və korporativ iyerarxiya üzrə iki nömrəli adam, 1935-ci ildən BMW icra şurasının üzvü Fritz Hille arasında kəskin münaqişələr yaşanırdı. 1942-ci ildə Müşahidə Şurasının və İmperiya silah idarəsinin təzyiqi altında Fritz Hille baş direktor vəzifəsini tutdu (formal olaraq onun vəzifəsi "baş idarəçi" adlandırılırdı).
 
II DÜNYA MÜHARİBƏSİ İLLƏRİ
 
Müharibənin başlaması avtomobillərin istehsalının dayandırılmasına gətirib çıxarır. Təyyarə mühərriklərinə yenidən üstünlük verildi.
 
1944-cü ildə BMW dünyada ilk dəfə olaraq BMW 109-003 reaktiv mühərrikinin buraxılışına başlayır. Həmçinin raket mühərriklərinin sınaqları aparılır. II Dünya müharibəsinin sonu konsern üçün bir fəlakət oldu. Şərq işğalı zonasında dörd zavod söküldü və məhv edildi. Münhendəki baş zavod ingilislər tərəfindən söküldü. Müharibə zamanı təyyarə mühərrikləri və mərmilərin istehsalı ilə əlaqədar olaraq, qaliblər üç il ərzində istehsalı qadağan edən sifariş verdilər.
 
MÜHARİBƏDƏN SONRA
 
Və mühərriklərə olan sevgilərini dəyişməyən Karl Rapp və Qustav Otto, hər şeyi sıfırdan başlamaq qərarına gəlirlər. Demək olar ki, primitiv emalatxanada 1 silindrli R24 motosikleti hazırlanır. O müharibədən sonrakı ilk BMW işlənməsi olur. 1951-ci ildə müharibədən sonrakı ilk minik avtomobili "501" modeli yaranır. Lakin o maliyyə uğuru gətirmir.
 
1955-ci ildə yeni R 50 və R 51 model motosikletlərinin istehsalına başlayır, avtomobillə motosikletin qəribə qarışığı olan azlitrajlı "İsetta" buraxılır. Qapısı irəliyə hərəkət istiqamətində açılan üçtəkərli avtomobil, müharibədən sonrakı kasıb Almaniyanın böyük uğuru idi. Lakin sonralar böyük limuzinlərə maraq və bununla bağlı itkilər səbəbindən firma iflas olma təhlükəsiz ilə üzləşir. BMW tarixində bu, yeganə haldır ki, iqtisadi vəziyyət düzgün hesablanmamışdır və bazara buraxılan maşınlara tələb yox idi. Firmanın satışı ilə bağlı sual yaranır. "Mercedes-Benz Markalı" onun alınması barədə elan etməyə tələsdi, amma xırda səhmdarları, firmanın işçiləri, onun ticarət agentləri buna mane oldular.
 
Kapitalın strukturunu yenidən qurarkən, BMW-nin fəaliyyətini davam etdirməsi mümkün olur. Firma üçüncü dəfə yenidən hər şeyi başdan başlayır.
 
1956-cı il - Nyu-Yorkda yaşayan dizayner Albreht Qraf Qetz sensasion idman avtomobili yaradır. "BMW hətta italyanları vurdu". 1956-ci ildə bu avtomobil təqdim olunarkən qəzetlər belə yazırdı - "BMW hətta italyanları üstələdi". BMW 507 həm üstü açıq, həm də sərt dam variantında təklif edilirdi. 3.2 litr həcmində olan 150 at gücü təşkil edən 8 silindrli alüminium mühərrikli avtomobil 220 km/saat sürət yığırdı. 1956-cı ildən 1959-cu ilə qədər cəmi 252 ədəd belə avtomobil satılmışdır. Bu gün ən nadir və bahalı kolleksiya avtomobillərindən biridir.
 
1959-cu il - hava soyutma sistemli yeni BMW 700 modelinin köməyi ilə konsern daxili böhranı aradan qaldıra bildi və bütövlükdə markanın gələcək uğuru üçün əsas yarada bildi. Uğur tək satış sahəsində əldə olunmadı. BMW-nin kupe versiyası idman qələbələrinə nail olmaq imkanı verdi.
 
1962-ci ildə yüngül, yığcam, idman, 4 qapılı 1500 modelinin konsepsiyası bazarda böyük coşqu ilə qəbul edildi. İstehsal gücləri, bu avtomobillərə tələbatı ödəməyə imkan vermirdi.
 
1966-cı ildə ilk dəfə 2 qapılı 1600-2 avtomobili təqdim olundu. O 1502-dən 2002-dək seriyalı modellərin uğurlu yaradılması üçün əsas oldu. "Yeni sinfin" uğurları bütün model sırasının inkişafına səbəb olmuşdur. BMW konserni özündə 30-cu illərin ənənəsini dirçəltmək və 6 silindrli modellərinin istehsalına başlamaq imkanı verdi. 1968-ci ildə 2500 və 2800 modellərinin nümayişi oldu, hansı ki, BMW-yə yenidən böyük sedanlar istehsal edən müəssisələrin sırasına daxil olmaq imkanı verdi. Beləliklə 60-cı illər müəssisənin bütün əvvəlki tarixi ərzində ən uğurlu illəri olmuşdur.
1969-cu ildə BMW motosiklet istehsalını Berlinə köçürür. Yeni seriyalı - "oppozit"in istehsalına başlanılır. 1976-cı ildə ilk dəfə olaraq R100 RS motosikletinə müqavimət sipəri qurulur. 1969-cu ildə BMW motosiklet istehsalını Berlinə köçürür. Yeni seriyalı - "oppozit"in istehsalına başlanılır. 1976-cı ildə ilk dəfə olaraq R100 RS motosikletinə müqavimət sipəri qurulur. 1983-cü ildə ən məhşur modellərdən biri olan, 4 silindrli, maye soyutma və hər bir silindri ayrıca borucuqla yanacaqla təmin edən mühərrikli K100 motosikleti buraxılır. 1985-ci il, motosikletin 100 illiyində Berlindəki zavod 37 mindən çox motosiklet buraxır. 1989-cu ildə K 1 motosikletinin təqdimatı baş tutur.
 
70-ci illərdə ilk BMW avtomobillərinin məşhur - 3-cü, 5-ci, 6-cı, 7-ci seriyaları yaranır. 5-ci seriyanın buraxılışı ilə yeni nəsil BMW modellərinin istehsalı başlayır. Əgər əvvəllər konsern əsasən idman tipli avtomobillərə daha çox yer verirdisə, indi o komfortlu sedan seqmentində öz yerini tutmuşdur. 1973-cü ildən etibarən altı Avropa çempionatını qazanan 3.0 CSL kupesı BMW-ə xüsusi uğur qazanmağa imkan verir. Bu kupe özündə bir çox texniki yeniliklər gizlədirdi. Onda silindrinin dörd qapağı (klapan) olan 6 silindrli BMW mühərriki qurulmuşdur. Həmin dövr üçün mükəmməl yenilik olan ABS əyləc sistemi ilə təchiz edilmişdir.
 
1977-ci ildə "lüks" sinfində yeni irəliləyiş oldu. 7-ci seriyanın yaranması BMW-nin bütün seriyaları üçün prinsipial yenilik ilə nəticələndi.
 
1986-cı ildən BMW M3 dairəvi yol yarışlarında dünyada ən uğurlu avtomobildir. Yığcam 2 qapılı model paralel olaraq həm seriyalı istehsal üçün, həm də idman avtomobili kimi hazırlanırdı. Nəticə BMW üçün sadəcə zəfər idi. 1987-ci ildə italiyalı Roberto Ravilya dairəvi yol yarışları üzrə dünya çempionatında 1-ci yeri qazanır. Və növbəti beş il ərzində BMW M3 bu idman səhnəsində üstünlük təşkil edirdi.
 
1987-ci ildə BMW Z1 - 8000 nüsxədə hazırlandı və ultramüasir texnologiyaların daşıyıcısı oldu. Bu avtomobilin aerodinamikası yüksək səviyyədə idi. 1987-ci ildə BMW konserni dünyada ilk olaraq mühərrikin gücünün tənzimlənməsi elektron sistemini tətbiq edir.
 
1990-cı ildə yeni BMW 850i kupesi yaranır. "Lüks" sinfinə aid olan bu kupenin ürəyi, istənilən vəziyyətdə avtomobili irəli atmağa bacaran 12 silindrli mühərrik idi. Tamamilə yeni inteqrallı arxa körpü yüksək rahatlılıq və idman keyfiyyətlərini tamamilə bənzərsiz şəkildə özündə birləşdirirdi.
 
Almaniyanın birləşməsi ilində konsern, BMW Rolls-Royce GmbH firmasının əsasını qoyaraq, öz aviamühərriktikinti köklərinə qayıdır və 1991-ci ildə yeni BR-700 avimühərrikini təqdim edir. 90-cı illərin əvvəllərində bazarda 3-cü seriya idman avtomobilləri və 8-ci seriyanın kupesı yaranır.
 
1994-cü ildə alman markası Rover Group ("Rover Group") sənaye qrupunun, onunla yanaşı Böyük Britaniyanın Rover, Land Rover və MG avtomobillərini istehsal edən ən böyük kompleksini 2,3 milyarda alması şirkət üçün yaxşı bir addım oldu. Bu şirkətin alınması ilə BMW avtomobillərinin siyahısı ultra-aşağı sinifli eksklüziv avtomobillərlə və yolsuzluqlarla doldurulmuşdur.
 
1995-ci ildən etibarən bütün BMW avtomobillərində standart olaraq ön sərnişin üçün hava yastığı və mühərrikin anti-oğurluq bloklama sistemi daxil edilmişdir. Həmin ilin mart ayında istehsalata 3-cü seriya universalı (touring) buraxılır. Yeni avtomobil yalnız müasir dizaynı ilə deyil, həmçinin ən qabaqcıl texnologiyası ilə seçilirdi. Məsələn, avtomobil sənayesində ilk dəfə olaraq, yeriyən (xodovoy) hissə tamamilə alüminiumdan hazırlanmışdır.
 
1996-cı ildə 7 seriyasının BMW Z3 modeli ilk dəfə olaraq dizel mühərriki ilə təchiz olundu. Unikal dinamik qarışığı və klassik dizaynı öz özlüyündə möhtəşəm konsepsiyanı əks etdirir. Avtomobilə super xəfiyyə 007 Ceyms Bondun "Qızıl göz" filmində idarə etdiyi Z3 əlavə reklam olur. Spartanburqdakı yeni zavod bütün sifarişləri yerinə yetirməyi çatdırmır.
1997-ci ildə BMW qəlbləri atladan bir xəyali avtomobil təqdim etdi. M rodsteri daha əvvəl heç bir BMW-də olmayan "təmizcinsli" ideal idman avtomobilini özündə birləşdirdi. Onun 321 gücdə olan M3 mühərriki maraqlı bir gəzintini təmin edir.
 
1998-ci ilin yazında 3-cü seriyanın 5-ci nəsil sedanları müvəffəqiyyətli çıxdı. Müxtəlif hissələri yenidən işlənmiş yeni 3-cü seriya, nəinki müstəsna görünüş təqdim edir, həm də ən müasir mühərriklər, ən son asqı texnologiyası və öz sindfində ən yaxşı təhlükəsizlik standartları təklif edir.
 
1999-cu ilin əvvəli BMW X5-lə yadda qaldı, hansı ki, Aktiv İstirahət üçün dünyanın ilk İdman Avtomobili (Sports Activity Vehicle) oldu: zəriflik və praktikliyin yeganə birləşdiyi, hərəkətliliyin yeni bir ölçüsünü ortaya qoyan bir maşın.
Daha bir 1-ci yer: BMW Z8, böyük idman avtomobili, 1999-cu ildə öz premyerasını qeyd edən və "Və bütün dünya kifayət deyil" filmində Ceyms Bond pərəstişkarlarını sevindirdi.
 
1999-cu ildə BMW Frankfurt avtosalonunda avtomobil həvəskarlarına Z9 gran turismo konseptini təqdim edərək bir sürpriz etdi.
 
2013-cü ildə BMW i3 elektromobilinin və i8 hibridinin təqdimatı keçirildi.
 
Kiçik bir aviamühərrik zavodu ilə başlayan BMW, hazırda öz məhsullarını Almaniyada 5 zavodda və dünyanın hər tərəfinə yayılan iyirmi iki filialda istehsal edir. Bu zavodlarda robotlardan istifadə etməyən bir neçə avtomobil şirkətindən biridir. Bütün yığımlar konveyerdə yalnız əllə yığılır. Çıxışda yalnız avtomobilin əsas parametrlərinin kompüter diaqnostikası var.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR