Dərc edildi: Baxış sayı: 577
BMT Yəmənə qarşı sanksiyaları artırdı
BMT Təhlükəsizlik Şurası Yəmənə qarşı tətbiq olunan silah embarqosunu bir il daha artırmağa qərar verib.
“Qafqazinfo” “The New York Times” qəzetinə istinadən xəbər verir ki, şuranın daimi üzvü İngiltərə tərəfindən təklif edilən qətnamənin lehinə 13 üzv ölkə səs verib. Veto haqqına sahib olan Rusiya və Çin isə bitərəf qalıb.
Qeyd edək ki, qətnaməyə əsasən sanksiyalar 2021-ci ilin fevral ayına qədər uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət