Slimfit
  1. DÜNYA

BMT TŞ aprelin 8-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçirəcək

BMT TŞ aprelin 8-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçirəcək
Sakura

BMT TŞ aprelin 8-də Fələstinin təşkilata qəbulu ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) aprelin 8-də qapalı iclas keçirəcək, iclasın mövzusu Fələstinin təşkilata daimi üzv qəbul edilməsi ilə bağlı müraciətinə yenidən baxılması tələbi olacaq.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə aprel ayında TŞ-yə sədrlik funksiyalarını yerinə yetirən Maltanın BMT-dəki daimi nümayəndəliyindən məlumat verilib.

Fələstin BMT-də daimi müşahidəçi statusuna malikdir. 2011-ci ildə Fələstin hökuməti təşkilata daimi üzv olmaq üçün müraciət etmişdi, lakin sonradan ölkə bir müddət daimi müşahidəçi kimi qalmağa qərar verib. “Saat 10:00-da Fələstinin BMT-yə üzvlük müraciətinə yenidən baxılması tələbini müzakirə etmək üçün məsləhətləşmələr keçiriləcək”, - məlumatda deyilir.

Malta daimi nümayəndəliyinin bildirdiyinə görə, qapalı iclasda Fələstinin yeni üzvlərin qəbulu ilə bağlı müraciətinin Təhlükəsizlik Şurası Komitəsinə ötürülməsi istiqamətində addımların müzakirə ediləcəyi gözlənilir.

Daimi müşahidəçi statusu olan ölkələr əksər iclaslarda iştirak edə və demək olar bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Fələstindən başqa, yalnız Vatikan BMT-də daimi müşahidəçi statusuna malikdir.

BMT-nin saytında yazıdığı kimi, ölkənin təşkilata üzvlüyə qəbulu prosesi TŞ tövsiyəsi əsasında Baş Assambleyanın qərarı ilə həyata keçirilir. TŞ tövsiyəsini almaq üçün qurumun daimi üzvlərindən (Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa) heç birinin əleyhinə səs verməməsi şərti ilə, ölkənin müraciətinə TŞ-nin 15 üzvündən 9-u səs verməlidir. Bundan sonra məsələ BMT Baş Assambleyasına təqdim edilir və burada ölkənin üzvlük üçün müraciəti səslərin üçdə ikisini almalıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR