Dərc edildi: Baxış sayı: 220
BMT Qəzzada raketlə vurulan xəstəxana ilə bağlı araşdırma aparacaq
“BMT Qəzza zolağında “Əl-Əhli” xəstəxanasına edilən hücumla bağlı öz araşdırmasını aparacaq”.
“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər və fövqəladə hallar üzrə koordinatoru Martin Qriffits deyib.
Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət