Slimfit
  1. DÜNYA

BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb

BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
Sakura

BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb

Dünya ölkələrinin cəmi 42 faizində torpaq mülkiyyəti ilə bağlı gender bərabərliyi təmin olunub, maliyyə xidmətləri sahəsində isə qadınlar yalnız dövlətlərin 60 faizində kişilərlə eyni hüquqlara malikdirlər. Bunu təşkilatın Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa gender bərabərliyi və qadınların ictimai həyatda daha fəal iştirakı ilə bağlı keçirilən tədbirdə söyləyib.

Baş Assambleya sədrinin sözlərinə görə, kənd rayonlarının sakinləri, fiziki imkanları məhdud olan şəxslər, yerli xalqların nümayəndələri və yaşlı qadınlar daha çox ayrı-seçkiliyə məruz qalırlar. “Dünyanın heç bir ölkəsi tam olaraq gender bərabərliyini təmin edə bilməyib”, -deyə o vurğulayıb. Fernanda Espinosa əlavə edib ki, qadınların ictimai həyatda fəal iştirakı iqtisadiyyatın və digər sahələrin inkişafına kömək edir.

Xanım Espinosa dünya ölkələrinin liderlərini BMT-nin təşəbbüsünə qoşularaq zərif cinsin nümayəndələrini daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb. Bu təşəbbüs təşkilatın martda keçirilən iclasında irəli sürülüb. “Biz qızların və qadınların hüquqlarını genişləndirmək üçün hansı tədbirlərin görülməsini yaxşı bilirik. Onlar Pekin Bəyannaməsində və 2030-cu ilədək Fəaliyyət Planında əksini tapıb. Bu gün bizə lazım olan isə siyasi iradədir”, -deyə Baş Assambleyanın sədri vurğulayıb. O, aparılan diskussiyaların gender bərabərliyinin təmin olunmasında faydalı olacağına ümidvar olduğunu bildirib gələn il Pekin Bəyannaməsinin 25 illiyinin tamam olacağını xatırladıb. Bu sənəd 1995-ci ildə Çinin paytaxtında keçirilən qadınların vəziyyətinə dair Ümumdünya konfransında qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR