BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elverin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə regionun qida təminatı, bu istiqamətdə kənd təsərrüfatı sektorunun oynadığı rol və mövzu ilə bağlı digər bir sıra məsələlər müzakirə edilib.
Şəhər icra hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev rəsmi qonağı salamlayaraq, onu Gəncədə görməkdən məmnun olduğunu dilə gətirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Hilal Elverin, Azərbaycana, o cümlədən Gəncəyə səfərinin məqsədindən söz açıb. O qeyd edib ki, əsas niyyəti Azərbaycanda qida hüququ təminatının qiymətləndirilməsi, insanların qazancına təsir göstərən ölkənin qida və kənd təsərrüfatı siyasətinin daha yaxından öyrənilməsidir. O həmçinin, münasib təcrübəni, eləcə də çətinlikləri müəyyən etmək məqsədilə müzakirələr aparmağı, hökumətə və digər dairələrə faydalı tövsiyələr verməyi hədəfləyir.
Söhbət zamanı Gəncənin qida təminatı, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin gəlirləri və digər məsələlərə toxunulub, qonağı maraqlandıran suallar cavablandırılırb.
BMT-nin Qida hüququ üzrə xüsusi məruzəçisi Hilal Elver Gəncəyə səfəri çərçivəsində vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla da bir sıra görüşlər keçirəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət