Slimfit
  1. ELM

BMT-nin baş katibi: Hər kəs orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər

BMT-nin baş katibi: Hər kəs orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər
Sakura

BMT-nin baş katibi: Hər kəs orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər

BMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Təhsil Günü ilə bağlı ictimaiyyətə müraciət edib.

AZƏRTAC xəbər verir ki, müraciətdə bu il ilk dəfə olaraq Beynəlxalq Təhsil Gününün qeyd edildiyi diqqətə çatdırılıb. Antonio Quterreş deyib: “Təhsil həyatları dəyişir. BMT-nin Sülh elçisi Malala Yusufzayın da dediyi kimi: “bir şagird, bir müəllim, bir kitab və bir qələm dünyanı dəyişə bilər”. Nelson Mandela da haqlı olaraq təhsili “dünyanı dəyişmək üçün istifadə edəcəyimiz ən güclü silah” adlandırıb.

BMT-dəki fəaliyyətimdən və öz ölkəmdə dövlət rəsmisi kimi çalışdığım zamanlardan da əvvəl mən müəllim olmuşam. Lissabonun kasıb məhəllələrində təhsilin yoxsulluğu aradan qaldırmaq üçün vasitə, sülh və əmin-amanlığı qorumaq üçün dəstək olduğunu gördüm. Bu gün təhsil Dayanıqlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.

Bərabərsizliklərin azaldılması və səhiyyənin inkişafı üçün təhsilə ehtiyacımız var. Gender bərabərliyinə nail olmaq və uşaq nikahlarını aradan qaldırmaq üçün təhsilə ehtiyacımız var. Planetimizin sərvətlərini qorumaq üçün təhsilə ehtiyacımız var.

Nifrət nitqi, ksenofobiya və dözümsüzlüyə qarşı vuruşmaq və qlobal vətandaşlıq anlayışını inkişaf etdirmək üçün təhsilə ehtiyac duyuruq.

Əksəriyyəti qız olmaqla hələ də ən azı 262 milyon uşaq, yeniyetmə və gənc məktəbə getmir. Məktəbə gedən daha milyonlarla insan isə ibtidai biliklərə sahib deyil. Bu, onların təhsil hüququnun pozuntusudur. Dünya XXI əsr iqtisadiyyatında rəqabətədavamlı bacarıqları olmayan uşaq və gənclərdən ibarət nəsli özünə rəva görə bilməz. Eləcə də biz bəşəriyyətin yarısının təhsildən kənar qalmasına yol verə bilmərik”.

Müraciətdə qeyd edilir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndində nəzərdə tutulan hər kəs üçün inklüziv və bərabər keyfiyyətli təhsilin təmini və ömürboyu öyrənmə imkanlar naminə daha çox çalışmaq lazımdır. Təhsil, həmçinin nəsillərarası yoxsulluq fərqini aradan qaldıra bilər. Tədqiqatlar göstərir ki, bütün qız və oğlanlar orta təhsili tamamlasa, 420 milyon insan yoxsulluqdan qurtula bilər.

“Gəlin, təhsili ortaq faydamız kimi prioritetləşdirək. Onu, əməkdaşlıq, tərəfdaşlıq və maliyyələşdirmə yolu ilə dəstəkləyək və qəbul edək ki, heç kəsi kənarda qoymamaq məqsədinə nail olmaq üçün təhsildən başlamalıyıq”, - deyə Antonio Quterreş müraciətin sonunda bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR