Slimfit
  1. TƏBİƏT

BMT-dən proqnoz:“Cəmi 7 il sonra planet əhalisinin üçdə ikisi su qıtlığı çəkəcək”

BMT-dən proqnoz:“Cəmi 7 il sonra planet əhalisinin üçdə ikisi su qıtlığı çəkəcək”
Sakura

BMT-dən proqnoz:“Cəmi 7 il sonra planet əhalisinin üçdə ikisi su qıtlığı çəkəcək”

Tacikistan artıq uzun illər sözügedən, amma bu, ya da başqa səbəbdən görülməyən işi görməyi qət edib. Düşənbə öz suyunu xaricə satmağa başlayacaq, tərəfdaşı isə Pekin olacaq.

Tacikistanın “Oriyonbank”ı Çinin “Heaven Springs Dynasty Harvest Group” şirkətiylə (baş ofisi Honkonqda yerləşir) Sarez gölündə birgə müəssisə qurulmasını nəzərdə tutan strateji əməkdaşlıq sazişi bağlayıb. Çin şirkətində anladırlar ki, müəssisə Sarez suyunu şüşələrə süzərək “Mərkəzi Asiya ölkələrinə və başqa dövlətlərə tədarük edəcək”.

Tacikistan suyunu başqa ölkələrə satış üçün istifadə etməyə ilk maraq göstərən  çinlilər olublar. Tacikistan rəhbərliyi artıq əvvəllər xüsusən də İrana və ərəb dövlətlərinə Sarez gölündən içməli su tədarükünü qaydaya salmağı dəfələrlə təklif edib. Prezident Emoməli Rahmon hələ 2007-də Sarez gölünün içməli suyundan istifadə üzrə iranlı həmkarı Mahmud Əhmədinejadla memorandum imzalayıb. O zaman içməli su qıtlığıyla bağlı durum növbəti dəfə kəskinləşmişdi. Tərəflər Tacikistandan İrana neft və qazın əvəzində içməli su tədarük olunacaq su borusu kəməri çəkmək üzrə layihəni müzakirə ediblər. Amma bu layihə elə belə də gerçəkləşdirilməyib. Rəhmon sonralar Sarez gölünün suyunu Səudiyyə Ərəbistanı, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərinə təklif edib.

Qeyd etmək lazımdır ki, “Oriyonbank”la “Heaven Springs Dynasty Harvest Group” arasında indiki saziş Taciksitan tərəfinə həm də ekoloji səbəblərə görə lazımdır. Göldən su vurulması Usoy tıxacına – gölün təbii bəndinə – təzyiqi və onun uçqun riskini azaltmağa imkan verəcək.

İndiki gündə göldə suyun həcmi 16 kubkilometr təşkil edir. Sarezdə Usoy tıxacının durumu və göldəki suyun səviyyəsini bütün günü izləyən ötürücülər quraşdırılıb. Tacikistan FHK əməkdaşları da gölü müşahidə altında saxlayırlar. Onlar iddia edirlər ki, Suyun Usoy tıxacının kənarından sızması bəndin gövdəsindəki böyük sayda bulaqlar üzündən mümkün deyil. Amma gölün sağ sahilində böyük sürüşümə axını riski var – mütəxəssislər onun yamacının durumunu xüsusən diqqətlə izləyirlər. Əfqanıstan FHN bu ilin yazında şikayətlənib ki, “Sarez gölünün bəndində sızıntının artması üzündən” Əfqanıstanın Bədəşxan əyalətində daşqın baş verib. Ancaq Düşənbədə bu bəyanatı əlüstü təkzib ediblər. Bununla belə, göl qeyri-sabit seysmik zonada yerləşir və ciddi zəlzələ Usoy tıxacına zərər verə bilər.

Usoy tıxacı, Sarezin təbii bəndi. NASA-nın sputnik çəkilişi

 Su qıtlığı problemi

 BMT-nin son məlumatlarına görə, dünyada artıq 2,1 milyad adam su qıtlığından əziyyət çəkir. Beynəlxalq təşkilatın məruzəsində deyilir: “Təhlükəsiz və ucuz suya ümumi yol 844 milyon adama ən asan su təchizatı imkanı verilməsi və indi bununla bağlı çətinliklər yaşayan 2,1 milyarda qədər adama xidmət keyfiyyətinin yaxşılaşmasını bildirir”.

Qeyd etmək lazımdır ki, kürəsəl miqyasda içməli su qıtlığı problemi yeni deyil, amma bu çətinliklə üzləşən adamların sayının artım tempi təəssürat yaradır. 2014-cü ildə Davosda Ümumdünya İqtisadi Forumunda (ÜİF) bəşəriyyətin ən yaxın gələcəkdə üzləşməli olacağı kürəsəl risklər səsləndirilib. Su çatışmazlığı risklər içində sadalanıb. Proqnozlaşdırılıb ki, 2025-ci ilə doğru 5,5 milyard adam orta, ya da kəskin su qıtlığı keçirən ərazilərdə yaşayacaq – bu, Yer kürəsinin ehtimal edilən əhalisinin üçdə ikisidir.

Bu gün işlədilən içməli suyun 70%-ə qədəri kənd təsərrüfatına düşür. Maraqlıdır ki, hər il suvarma, məişət və sənaye istehlakı, enerji istehsalı üçün işlədilən 4000 km3 suyun 99%-i yeraltı və yenilənən səthi qaynaqlardan gəlir. Amma səth sularının miqdarı azalır və dünya istehlakı getdikcə çay və göl sularından istehlakın ümumi həcminin artıq 20%-i təşkil edən süxur sularına keçir. Bu rəqəm xüsusən də quraqlıq bölgələrdə sürətlə artır. Süxur sularının arıdılması XX əsr boyunca 5 dəfə çoxalıb (dünya keçən əsr ərzində təbii su-bataqlıq təsərrüfatının 70%-i itirib). Habelə təzələnməyən sulu laylardan da (qazılan) istifadə olunur, bu, başlıca olaraq Səudiyyə Ərəbistanı, Liviya və Əlcəzairə aiddir.

Aydındır ki, relyef, ya da hansısa özəl şərait üzündən dünyada hər yerdə su əldə etmək üçün tez və asanlıqla quyu vurmaq mümkün deyil. Və burada qaçılmaz şəkildə ideya yaranır: bəlkə, su gərəkdiyindən daha çox olan hansısa yaxın, ya uzaq qonşudan alınsın?

Səudiyyə Ərəbistanında suvarma qurğuları

 Dünya su bazarı

 Hindistan, Çin, ABŞ, Pakistan, Yaponiya, Tailand, İndoneziya, Banqladeş, Meksika və Rusiya (həcm üzrə) ən böyük su istifadəçiləridir. Bunların içində suyun əldə edilməsilə bağlı ən pis durumÇin və Hindistandadır. Əsas amillər əhali və sənaye artımıdır. Çin və Hindistanın çay axarlarilə ən çox təmin edilmiş ölkələr sırasına daxil olduğuna baxmayaraq, bu axarların nəhəng həcmi sadəcə, sənaye tullantısıyla zəhərlənib. Məsələn, Çinin Xuanhe və Yantszı və Hindistanın Qanq çayları dünyada ən çox çirklənmiş çaylara daxildir.

Yantszı çayına tullantı atılması

 Bütün bunlar Çini xaricdən su ixracına başlamağa təhrik edib. Cənubi Koreya və Tailand Səmalar ölkəsinə H2O-nun ilk tədarükçüsü olub. 2018-ci ilin başlanğıcında Kamçatkadan içməli suyun tankerlərlə tədarükü haqda Rusiya hökumətiylə danışıqlar fəallaşıb (bu cür müzakirələr əvvəllər də olub). Çinin ən böyük ərzaq korporasiyası COFCO-nun başçısı Luyan Syunuzyunun sözlərinə görə, Saxalin adası və Primorsk vilayətindən su daşınması variantları da nəzərdən keçirilir.

Hazırda Türkiyə Çin və Hindistanın “su bazarları”na çıxmağa çalışır. Yeri gəlmişkən, Türkiyə dünyada şüşəyə doldurulmuş suyun ən böyük tədarükçülərindən birinə çevrilib. Bu ilin yanvarına olan məlumata görə, türklər öz sularını dünyanın 110 ölkəsinə satırlar. Məsələ burasındadır ki, ölkə hər il Aralıq dənizinə bir milyard kubmetrdən çox su axıdır. Bu, məsələn, İsrailin kənd təsərrüfatına tələbatını 20 dəfədən çox üstələyir. Türkiyə artıq suyu Yaxın Şərqin daha quraqlıq ölkələrinə satmaq niyyətilə hələ 1980-ci illərdə özəl doklar, tankerlər və suyığma sistemləri qurub. Bütün siyasi ziddiyyətlərə baxmayaraq, “sıfırıncı” illərdə Türkiyə və İsrail (içməli su təchizatı məsələsinin xüsusən kəskin durduğu ölkələr sırasına daxildir) arasında su mövzusu üzrə danışıqlar başlanıb. İsrail Türkiyə suyunun dəniz tankerlərilə daşınması imkanıyla maraqlanıb. 2004-də ölkələr arasında saziş imzalanıb. İsrail buna uyğun olaraq növbəti 20 il boyunca hər il Türkiyənin Manbaget çayından 50 milyon kubmetr su almağı qət edib. H2O-nun nəqliylə 250 min ton tutumlu dəniz tankerləri məşğul olmalıydı. Amma layihə baş tutmayıb – de-fakto Fələstin haqda fikir ayrılıqlarına görə. 2010-cu illərdə Türkiyədən İsrailə Şimali Kipr Türk Respublikası üzərindən (bu, Kipr yunanlarını xüsusən hiddətləndirib) Aralıq dənizinin dibiylə su kəmərinin mümkün inşası haqda məlumatlar meydana çıxıb.

Ancaq qəribədir ki, Türkiyədən İrana mümkün su satışı haqda indiyədək məlumat olmayıb. Hər iki ölkə Suriya və İraqdakı müharbələr hesabına son zamanlar yaxınlaşmaya gedir. Bu ölkələrin ümumi sərhədi var. Həm də İran hazırda “top quraqlıq ölkələr”ə daxildir.

İran ruhani liderinin hərbi müşaviri general Yəhya Rəhim Səfəvi fevralda bildirib ki, su bölgüsü haqda Türkiyə, İraq, Əfqanıstan və başqa qonşularla danışıqlara başlamağın vaxtıdır. Generalın fikrincə, məhz su buna səbəb ola bilər ki, “Mərkəzi Asiya gələcəkdə ən mübahisəli bölgə, Əfqanıstan isə su ehtiyatlarının gələcək inkişafının qaynağına çevrilə bilər”.

Əfqanıstana gəlincə, onda bu cür perspektivlər həqiqətən var, amma hələlik ölkənin üçdə ikisi quraqlıqdan əzab çəkir. Bəlkə də, Asiya ölkələri içində əhalinin suya çıxışında ən pis durum Əfqanıstanındır. Başlıca olaraq, on illərlə sürən, yaxın və uzaq xeyli dövlətin cəlb edildiyi  müharibələr üzündən. Və belə alınır ki, (buzlaqlar və Hindquş çayı sayəsində) potensialca ən böyük su tədarükçülərindən biri ola biləsi əfqanlar onun qıtlığından əzab çəkirlər.

 Aysberqlər – çay və göllər üçün rəqib

 Antarktidanın aysberqləri “su tankerləri”nin, əzəmətli dəniz və yeraltı su kəmərlərinin əsas rəqibi ola bilər. BƏƏ-də iyulun əvvəlində özəl “The National Advisor Bureau Limited” şirkəti aysberqlərin ölkə sahillərinə yedəklənməsi üzrə layihənin işə salınmasını bildirib. “The UAE Iceberg Project” adını alan layihənin dəyəri 50 milyon $ dəyərləndirilir. BƏƏ arşınlarıyla o qədər də ciddi pul deyil. “The National Advisor Bureau Limited”-in direktoru Abdulla Məhəmməd Süleyman əl-Şəhi hesab edir: “Bu, iqtisadi, texniki və kommersiyaca gerçəkləşdiriləcək ideyadır. Bunun 2020-ci ilə doğru gerçəkləşdirilməsi bölgədə su qıtlığının sonunu bildirəcək və BƏƏ dünyada ən böyük içməli su ixracatçılarından biri olacaq”.

Onun şirkəti son beş ildə aysberqlərin yedəklənməsinin öyrənilməsilə məşğul olub. Əl-Şəhinin sözlərinə görə, bu gün onda cüzi ərimə müqabilində azman buz parçalarının yedəklənməsi üzrə nadir texnologiya var. Nəql üçün nəzərdə tutulan aysberqlərin ehtimal edilən çəkisi 100 milyon tondan çoxdur. Çatdırılma müddəti doqquz aydır. Əl-Şəhi texnologiyanı ümumi şəkildə təsvir edib: “İlk addım sputnik çəkilişi vasitəsilə aysberqi tapmaq və seçməkdir. Şimaldakı dəniz axınları onları hərəkətləndirən əsas qüvvə olacaq. Yedək gəmiləri aysberqlərin hərəkətinə yardım olacaq və yönəldəcək”.

Aysberq şelfə çatan kimi şirkət istehlakçılar üçün şirin su yığmağa başlayacaq. Buz blokları səthdən çapılacaq və özəl tutarlarda saxlanacaq.

Layihənin gerçəkləşdirilməsi üçün gərəkən beynəlxalq qanun və icazələrə gəlincə, beynəlxalq qanunvericilik bildirir ki, aysberqlər kütləvi su ehtiyatıdır, istənilən şəxs tərəfindən istifadə oluna və dünyanın istənilən hissəsinə yerini dəyişə bilər.

BƏƏ-nin və Fars körfəzi sahilindəki “The UAE Iceberg Project”-ə bənzər layihələrə qoşula biləsi monarxiyaların maliyyə imkanları nəzərə alınsa, aysberqlər onlar üçün “ikinci neft”ə çevrilə bilər. Amma, bax, artıq nəhəng içməli su ehtiyatı olan Taciksitan isə yoxsul maliyyə imkanları üzündən öz çay və göllərinin “ikinci neft”ə çevrilməsindən qıraq düşə bilər. Çox deyil, Çinin “su çıxıntısı” roluyla kifayətlənər.

Mənbə: Strateq.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR