Slimfit
  1. SİYASƏT

BMT-də Xankəndi-Ağdam yolundan danışıldı

BMT-də Xankəndi-Ağdam yolundan danışıldı
Sakura

BMT-də Xankəndi-Ağdam yolundan danışıldı

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin aktivləşməsini alqışlayırıq”.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Hoca BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə həsr olunan iclası zamanı bildirib.

Diplomat qeyd edib ki, Xankəndi-Ağdam yolunun istifadəsi variantının nəzərdən keçirilməsi vacibdir:

“Humanitar tələbatlar siyasiləşdirilməməli və digər məsələlərin çözümü üçün sui-istifadə olunmamalıdır. Fikrimizcə, söhbət humanitar məsələdən gedirsə, mümkün olan hər şeyi, bütün variantları nəzərdən keçirmək lazımdır. Bura digər yollar, həmçinin təklif olunan Xankəndi – Ağdam yolu da daxildir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR