Slimfit
  1. DÜNYA

BMT-də Qəzza sessiyası zamanı ABŞ və Rusiya nümayəndələri mübahisə edib

BMT-də Qəzza sessiyası zamanı ABŞ və Rusiya nümayəndələri mübahisə edib
Sakura

BMT-də Qəzza sessiyası zamanı ABŞ və Rusiya nümayəndələri mübahisə edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən Qəzza sessiyasında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya ilə ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud arasında mübahisə yaşanıb.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qəzzada ərzaq təhlükəsizliyinin yaratdığı risklər BMT Təhlükəsizlik Şurasının iclasında “Silahlı Münaqişədə Mülki Əhalinin Müdafiəsi” başlığı altında müzakirə edilib.

İlk çıxış edən Nebenzya ABŞ və onun “Qərbli həmkarlarını” İsrailin qida vasitələrindən müharibə aləti kimi istifadə etməsinə icazə verməkdə ittiham edib. ABŞ-ın müzakirəyə təqdim etdiyi qətnamə layihəsində atəşkəs tələb olunmadığını deyən Nebenzya layihənin “öldürmək səlahiyyəti” verdiyini bildirib.

Nebenzyadan sonra danışan ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Vud: "Hər kəsə xatırlatmaq istərdim ki, Rusiya humanitar böhranların həllinə kömək edən bir ölkə deyil, problemlərin yaranmasına səbəb olan bir ölkədir", - deyib.

Bunun üçün Ukraynaya baxmağın kifayət edəcəyini, BMT Nizamnaməsini pozan Rusiyanın başqa bir ölkəni tənqid etməyə haqqı olmadığını bildirən Vud: “Rusiyanın mülki infrastrukturlara zərər vurması ilə bağlı narahatlıqlarını dinlədim, amma mən onları ciddi qəbul edə bilmərəm. Bizə irad kimi bildirilən amillər bu gün Ukraynada da mövcuddur və onu edən Rusiya dövlətidir”, - deyə qeyd edib.

Bunun əlavə Nebenzya Vuda Ukraynanı Qəzza ilə müqayisə etdiyinə görə utanmalı olduğunu söyləyib: “İraq, Əfqanıstan və Suriyanı bombalayan, böyük ziyan vuran bir ölkə olaraq, bizə dərs verə bilməzsiniz”, - deyib.

Nebenzya: "Səhvlərimizi qeyd etməzdən əvvəl öz səhvlərinə baxın", - deyə əlavə edib.

dedi.

Vud, Ukrayna ilə Qəzza arasında bir müqayisə etmədiyini ifadə edərək, Rusiyanın hərəkətlərinə işarə edərək Nebenzyaya: "Siz iddia edirsiniz ki, Ukraynanı bombalamamısınız?", - sualını verib.

Nebenzia isə Rusiyanın yalnız Ukraynadakı hərbi hədəfləri vurduğunu əsas gətirərək müzakirələrə son qoyulmasını tələb edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR