Dərc edildi: Baxış sayı: 533
BMT-də hər kəs razıdır, təkcə Rusiya… - Poroşenko
Donbasa sülhməramlıların yerləşdirilməsinə Rusiya mane olur.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Pyotr Poroşenko deyib.
“Hazırda BMT TŞ-nın 5 daimi üzvündən 3-ü – Böyük Britaniya, ABŞ və Fransa bizi dəstəkləyir. Çinlə intensiv dialoq aparılır. Onlar bu qərarın əleyhinə olmayacağını əminliklə demək olar. Yalnız bir ölkə buna qarşı çıxır – Rusiya Federasiyası. Orada sülhməramlılar olanda Rusiya işğalçı ordusunu çıxarmağa məcbur olacaq, sülhməramlılar isə qeyri-qanuni qruplaşmaları tərksilah edəcəklər. Bu Rusiya ilə genişmiqyaslı müharibə ehtimalını əhəmiyyətli şəkildə aşağı salacaq, muzdlu əsgər və silah yardımını azaldacaqdır”, - Poroşenko bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət