Slimfit
  1. DÜNYA

BMT Baş katibinin müavini: Dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqik

BMT Baş katibinin müavini: Dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqik
Sakura

BMT Baş katibinin müavini: Dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqik

BMT-nin Sivilizasiyalar Alyansı dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqdir.

Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun Bakıda Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciətində bildirilib.

“Bütün dünyada müsəlmanlar hələ də islamofobiya ilə üzləşir. Dinə və dini inanclara qarşı ayrı-seçkilik BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin pozulması deməkdir. Məlum olduğu kimi, islam tolerantlıq və mötədillik dinidir. Əslində, bütün dinlər mərhəmət, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət kimi humanist dəyərləri qəbul edirlər”, - o vurğulayıb.

M.Moratinos, həmçinin dünyanı ədalətli, dinc və inklüziv cəmiyyətlər qurmaq üçün səylərini davam etdirməyə çağırıb.

O, müqəddəs Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına ən xoş arzularını çatdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR