Slimfit
  1. AZƏRBAYCAN

BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə təşəkkür edib

BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə təşəkkür edib
Sakura

BMT Baş katibinin müavini Azərbaycan Prezidenti və Birinci vitse-prezidentə təşəkkür edib

“Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Eyni zamanda Azərbaycan xalqına BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsinə dəstək verdiyinə və qonaqpərvərliyinə görə dərin minnətdarlığımı bildirirəm”.

Report” xəbər verir ki, bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Liu Zenmin jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycanda olduğuna görə özünü məmnun hiss etdiyini bildirib: “BMT adından Azərbaycan hökumətini “ASAN xidmət” təşəbbüsü münasibətilə təbrik edirəm və ümid edirəm ki, Azərbaycan hökuməti ilə BMT arasında əməkdaşlıq bundan sonra da davam etdiriləcək"

“Bu Forum sayəsində biz dövlət xidmətlərini dünyada təşviq edirik. Dövlət xidmətlərinin mükafatları sahəsində isə Azərbaycanın “ASAN xidmət” modeli də daxil olmaqla ən optimal təcrübələri digər ölkələrlə bölüşürük”, - deyə Lui Zenmin qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR