Dərc edildi: Baxış sayı: 492
BMT baş katibi Süleymaninin öldürülməsindən sonra tərəfləri təmkinli olmağa çağırıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antoniu Quterreş general Qasım Süleymaninin öldürülməsindən sonra İranın ətrafında yaranan vəziyyətlə bağlı tərəfləri təmkinli olmağa çağırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə baş katibin rəsmi nümayəndəsinin müavini Fərhan Haq məlumat yayıb.
BMT baş katibi qeyd edib ki, dünya Fars körfəzində daha bir müharibəyə yol verməməlidir.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət