Slimfit
  1. CƏMİYYƏT

BMT baş katibi müraciət yayıb

BMT baş katibi müraciət yayıb
Sakura

BMT baş katibi müraciət yayıb

22 avqust - Dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanların xatirəsinə həsr olunmuş beynəlxalq gündür.

"Report" xəbər verir ki, BMT baş katibi Antonio Quterreş ilk dəfə qeyd olunan bu günlə bağlı müraciət yayıb.

Müraciətdə deyilir:

"Son bir neçə ayda, dini mənsubiyyət və inancına görə hədəfə alınan şəxslərə və qruplara qarşı artan hücumların şahidi olduq. Yəhudilər sinaqoqlarda qətlə yetirilib, onların məzarları svastikalarla təhqir olunub, müsəlmanlar məscidlərdə güllələnib, onların ibadət yerləri dağıdılıb, xristianlar ibadət zamanı öldürülüb və kilsələri yandırılıb.

Yeni Zelandiya, Şri-Lanka və Amerika Birləşmiş Ştatlarında olduğu kimi, bir çox hücumlar məqsədyönlü şəkildə ibadət yerlərini hədəfə alıb. Suriyadan tutmuş Mərkəzi Afrika Respublikasına qədər, bir çox münaqişələrdə bütün icmalar məhz inanclarına görə hücuma məruz qalıblar.

Dünyanın bütün əsas dinləri tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəkləyir. Biz, qərəzli şəkildə dindən istifadə edərək yanlış təsəvvürlərin yaradılmasına, ədavətə təşviq edənlərə, qorxu və nifrətin yayılmasına çağıranlara müqavimət göstərməli və bunları rədd etməliyik. Müxtəliflik zənginliyin və gücün mənbəyidir; o heç vaxt təhlükə yaratmır.

Bu gün tarixdə ilk dəfə olaraq dini mənsubiyyəti və inancınagörə zorakılığa məruz qalan qurbanların xatirəsinə həsr olunmuş beynəlxalq günü qeyd edirik.

Bu gün dini mənsubiyyəti və inancına görə zorakılığın qurbanına çevrilənlərə sarsılmaz dəstəyimizi bir daha bəyan edirik. Dəstəyimizi, bu cür hücumların qarşısını almaq üçün əlimizdən gələni edərək və günahkarların məsuliyyətə cəlb olunmasını tələb edərək göstəririk.

Birləşmiş Millətlər Təşkilatı bu sahədə öz səyləriniiki yeni təşəbbüs çərçivəsində genişləndirir - Nifrət nitqinə dair BMT-nin ilk strategiyası və fəaliyyət planı, eləcə də dini yerlərin qorunması üçün fəaliyyət planı. Dini mənsubiyyətə və inanca görə zorakılıq təhdidini aradan qaldırmağın ən yaxşı yolu səylərimizi birləşdirmək, nifrət mesajlarını sülh mesajları ilə cavab vermək, müxtəlifliyi qəbul etmək və insan haqlarını qorumaqdır.

Dünya antisemitizm, müsəlmanlara qarşı nifrət, xristian və digər dini qrupların təqibi, eləcə də irqçilik, ksenofobiya, ayrı-seçkilik və zorakılığa təhrikin bütün formalarını aradan qaldırmaq üçün səylərini artırmalıdır. Bəşər övladı olaraq qarşılıqlı anlaşmanı təşviq etməliyik.

Hər kəsin bir-birinə qayğı göstərmək, müxtəlifliyə hörmət etmək və sülh içində birgə yaşamaq məsuliyyəti var". 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR