Slimfit
  1. İQTİSADİYYAT

BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb

BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb
Sakura

BMT: Azərbaycanda balıq məhsullarının istehsalı kəskin azalıb

Son 20 ildə Azərbaycanda balıq məhsullarının istehsalı təqribən 50% azalıb.

Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin açıqlamasında bildirilir. 

Qurumun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə balıqçılıq sahəsində vəziyyəti təhlil etmək və bu sahənin inkişafı üçün təkmilləşdirmə məqsədli tövsiyələri müzakirə etmək üçün seminar keçirib. Tədbirdə təşkilatçı qurumlarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri də iştirak ediblər. 

“Azərbaycanda balıqçılıq sektorunun dayanıqlı inkişafı üçün dövlət balıq təsərrüfatlarının qiymətləndirilməsi” layihəsi çərçivəsində hazırlanmış 10 müxtəlif balıq təsərrüfatının texniki və iqtisadi tərəflərinin qiymətləndirmə hesabatı mütəxəssislərə rəy üçün təqdim edilib. Hesabatın təsdiqindən sonra sahə ilə bağlı biznes planının hazırlanması üçün növbəti seminarın keçirilməsi nəzərdə tutulur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR