Slimfit
  1. DÜNYA

“Bloomberg”: Dolların hökmranlığı sona çatır

“Bloomberg”: Dolların hökmranlığı sona çatır
Sakura

Dünya bazarında iqtisadi güclər arasında gedən müharibədə ABŞ-ın diktələrinin yüksəlməsi dollara münasibəti…

Dünya bazarında iqtisadi güclər arasında gedən müharibədə ABŞ-ın diktələrinin yüksəlməsi dollara münasibəti dəyişməyə başlayıb. 

Oxu.Az xəbər verir ki, “Bloomberg”in ekspertləri “Dolların hökmranlığı sona çatır”, - deyə fikirlər səsləndirməyə başlayıblar.

Ekspertlər Rusiya Nazirlər Kabinetinin dünənki bəyanatı və Çin hökumətinin dollarla əməliyyatları azaltmaq üçün verdiyi açıqlamalara diqqəti cəlb edərək, qlobal maliyyə sistemində baş verənləri təhlil ediblər.

Qeyd olunur ki, artıq bir sıra ölkələr, o cümlədən Rusiya ABŞ valyutasında aktivlərini azaldır. Çin enerji bazarında müqavilələri yuanla bağlamağa başlayıb, Fransanın maliyyə naziri Bruno Le Mer isə bəyan edib ki, ABŞ-ın maliyyə alətlərindən “tam azad” olmaq istəyir, Avropa İttifaqını okeanın o tayındakı super gücün vassalı kimi görmək istəmir.

Agentlik yazır ki, buna baxmayaraq, qlobal ödəniş vasitəsi kimi dollar hələ də liderliyini qoruya bilir. Bunun üçün ABŞ valyutasından digər ölkələrə zərbə vurmaq üçün istifadə edilməməlidir. 

Qeyd edək ki, artıq dollardan Rusiya və Türkiyə maliyyə bazarının vurulmasında güclü vasitə kimi istifadə olunur. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR