Dərc edildi: Baxış sayı: 187
Blinkendən Ərdoğanın İsveçlə bağlı qərarına reaksiya
ABŞ Dövlət katibi Entoni Blinken Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışlayıb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, E.Blinken bu barədə X hesabında yazıb.
“İsveçin NATO-ya üzvlüyü ratifikasiyasının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmasını alqışlayırıq. Biz sənədləri Vaşinqtonda almağı və İsveçi NATO-nun 32-ci müttəfiqi kimi qarşılamağı səbirsizliklə gözləyirik. İsveç və Alyans birlikdə daha güclüdür”, - Blinken bildirib.
Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin ratifikasiya etdiyi sənədi imzalayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət