Slimfit
  1. DÜNYA

Blinken və Leyenlə görüş Paşinyana nə verəcək?

Blinken və Leyenlə görüş Paşinyana nə verəcək?
Sakura

Blinken və Leyenlə görüş Paşinyana nə verəcək?

Şübhə yoxdur ki, aprelin 5-də Nikol Paşinyanın Ursula fon der Leyen və Entoni Blinkenlə görüşündə sadəcə olaraq diplomatik xoş sözlərin mübadiləsi olmayacaq. Söhbət İrəvanın Qərblə tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə çıxarmaqdan gedir.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ermənipərəst politoloq Sergey Markedonov Blinken, Leyen və Paşinyan arasında 5 apreldə Brüsseldə keçirilməsi gözlənilən görüş haqda qeyd edib.

“Və burada üç sual var: Ermənistanın tərəfdaşları İrəvanın Moskva ilə müəyyən səviyyədə qarşılıqlı əlaqə saxlamasına hazırdırmı? Ermənistan dövlətinin özünün (ona görə yox ki, Rusiyaya belə lazımdır və “bizi əsrlər bağlayır”) ABŞ və Avropa Birliyinə doğru kəskin dönüşünə nə dərəcədə ehtiyacı var? Bəs Qərb hansı faktiki erməni maraqlarını keyfiyyətcə Rusiya Federasiyasından daha yaxşı qoruyacaq?

“Bu il aprelin 5-də Brüsseldə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlığın yollarını müzakirə etmək üçün sədr Fon der Leyen, Baş nazir Paşinyan və Dövlət katibi Blinkenin birgə görüşü planlaşdırılır. Tədbir həm də Ermənistanın davamlılığını artırmaq məqsədi daşıyır”. Bu bəyanatla Respublika Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxış edib.

Bu siyasətçi Ermənistan hökumətinin başçısına ən yaxın olanlardandır. Vətəndaş fəalı, nüfuzlu QHT-lərin eksperti, “məxməri inqilab”ın fəal iştirakçısı və “Rədd olsun Serj” siyasi təşəbbüsünün liderlərindən biridir.

2018-ci ilin may ayından Qriqoryan Ermənistanın yeni hökumətinə daxil olub və bu müddətin çox hissəsini Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb – baxmayaraq ki, 2021-ci ildə Xarici İşlər Nazirliyinə göndərilmişdi. Respublikada çoxları bu siyasətçini baş nazirin ən çətin tapşırıqlarını yerinə yetirən “Paşinyanın komissarı” adlandırır. Qriqoryana hətta xarici işlər üzrə “super nazir” kimi baxırlar. Ermənistanın Qərblə yaxınlaşmasını ən çox müdafiə edən də məhz odur.

Amma “Qriqoryan amili” olmasa belə, İrəvanın xarici siyasəti bu gün bir tərəfdən Moskvada suallar və hiddət doğurur, digər tərəfdən isə Qərbdə təriflər qazanır.

“Ermənistan Qərbə üz tutur. AB bu dönüşdə Ermənistanı dəstəkləməkdə maraqlıdır, lakin bunun uğur qazanması üçün AB və Ermənistan resurslar, təhlükəsizlik sahəsində əməkdaşlıq, ticarət əlaqələri və siyasi iştirak baxımından əhəmiyyətli uzunmüddətli strateji öhdəliklər götürməlidirlər”. Bu sitat “Ermənistanın Dostları Şəbəkəsi” yüksək səviyyəli qrupunun bu yaxınlarda dərc olunmuş hesabatından bir parçadır.

Material Danimarkanın keçmiş baş naziri və NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə hazırlanıb”, - ekspert yazıb.

Qeyd edək ki, Rusiya XİN bu görüşdən ciddi narahat olduğunu açıq şəkildə ifadə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR