Blinken Ukraynada prezident seçkilərinin nə vaxt keçiriləcəyini AÇIQLADI
Ukraynada seçkilər o zaman baş tutacaq ki, ölkə vətəndaşları şərtlərin buna imkan verdiyi ilə razılaşsınlar.
Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Entoni Blinken Kiyevdə Politexnik İnstitutunun tələbələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, “bütün ukraynalılar səsvermə hüququndan istifadə edə biləcəklər... o zaman ki, ukraynalılar şərtlərin imkan verdiyini qəbul etsin”. O əlavə edib ki, Vaşinqton Kiyevlə seçki infrastrukturunu gücləndirmək üçün işləyir.
Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də başlamalı idi, lakin bu il respublika mühüm səsvermə olmadan qalıb. Kiyev seçki kampaniyasının ləğvini Rusiya ilə münaqişə fonunda mövcud hərbi vəziyyətlə izah edib.
Seçkilərdə ən azı doqquz namizəd iştirak edə bilərdi. Sorğulara görə, seçki yarışının favoritləri Vladimir Zelenski və Valeri Zalujnıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət