Dərc edildi: Baxış sayı: 367
Blinken köməkçisini Azərbaycana göndərdi
ABŞ Dövlət katibinin beynəlxalq təşkilatlar üzrə köməkçisi Mişel Siso Azərbaycanda səfərdədir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, Dövlət katibinin köməkçisi cari və potensial çoxtərəfli əməkdaşlığın sahələrini nəzərdən keçirəcək. Buraya “Dayanıqlı İnkişaf Məqsədlərinə” nail olmaq konteksti və iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi və qlobal səhiyyə təhlükəsizliyi daxil olmaqla, transmilli problemlərin həlli kimi məsələlər də daxildir.
O, həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru vəzifəsinə ABŞ tərəfindən namizədliyi irəli sürülən Emi Pope üçün təbliğat aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət