Slimfit
  1. DÜNYA

Blinken: "İsrailin Fələstinlə sülhün bərqərar olması üçün böyük imkanları var"

Blinken: "İsrailin Fələstinlə sülhün bərqərar olması üçün böyük imkanları var"
Sakura

Blinken: "İsrailin Fələstinlə sülhün bərqərar olması üçün böyük imkanları var"

ABŞ dövlət katibi Antoni Blinken bəyan edib ki, İsrailin Fələstinlə sülh yaratmaq üçün böyük imkanları var.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Almaniyada keçirilən 60-cı Münhen Təhlükəsizlik Konfransında qatıldığı sessiyada çıxış edən Blinken İsrailin Qəzzaya hücumlarına toxunub.

Blinken: "Oktyabrın 7-də baş verənlərin bir daha təkrarlanmaması üçün yollar tapmaq üçün İsraili başa düşür və dəstəkləyirik", - deyib. Bununla o, İsrailin baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha təkrarlayıb.

Son 4 aydır ehtiyacı olanların yardıma əlçatan olması üçün hər gün çalışdığını bildirən Blinken deyib ki, davam edən humanitar böhranda təşəbbüslərinin böyük töhfələr verdiyini vurğulayıb.

Blinken Fələstin dövlətinin qurulmasına hər zamankından daha çox ehtiyac duyulduğunu və İsrailin Fələstinlə sülh yaratmaq üçün böyük imkana malik olduğunu bildirib.

Ərəb ölkələrinin fələstinlilərin maraqlarını daha təsirli şəkildə təmsil etmək və İsrailə daha yaxşı tərəfdaş olmaq üçün ciddi səylər göstərdiklərini qeyd edən Blinken: “Bütün bu səylər o deməkdir ki, bölgədəki insanların əmin-amanlığı üçün birlikdə çalışır, buranı İranın və onun dəstəklədiyi qrupların təcrid olunduğu bir bölgəyə çevirəcəyik”, - deyə o qeyd edib. Blinken bu vəziyyətin çətin və mürəkkəb olduğunu da vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR