Dərc edildi: Baxış sayı: 282
Blinken İranı təcavüzkarlıqda ittiham etdi
Kürdüstan Regional Hökuməti yaxın tərəfdaşdır və ABŞ İranın təcavüzünü açıq şəkildə pisləyir.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken X platformasında paylaşım edib.
Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində biri uşaq olmaqla, bir ailənin 5 üzvü ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət