Dərc edildi: Baxış sayı: 573
“BlackBerry Messenger” rəsmən işini dayandırıb
31 may 2019-cu il tarixində İndoneziyanın “Emtek Group” şirkəti “BlackBerry Messenger” (BBM) mesajlarla mübadilə xidmətinin və onun üçün proqramın işini dayandırıb. Qeyd edək ki, adıçəkilən şirkət 2016-cı ildən sistem üzərində hüquq sahibidir.
“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, lakin şirkət şəxsi məqsədlə istifadə üçün daxili şifrləmə sisteminə malik “BBM Enterprise” (BBMe) korporativ messencerini istifadəyə verib. Mobil proqram “Android”, “iOS”, “Windows” və “macOS” sistemlərində əlçatandır.
Sözügedən mobil proqram yalnız birinci il ərzində ödənişsiz olacaq, sonra isə 6 aylıq abunəlik üçün 2,5 dollar ödəmək lazım gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət