Biznesin dəstəklənməsi məqsədilə gömrük rüsumları təkrar nəzərdən keçirilə bilər
Dövlət Gömrük Komitəsi (DGK) kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin dəstəklənməsi üçün bir sıra rüsumların təkrar nəzərdən keçirilə biləcəyini istisna etmir.
Bunu DGK-nin sədri Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, komitə KOS nümayəndələri ilə müntəzəm görüşlər keçirməyə və onların ehtiyaclarını öyrənməyə hazırdır:
“Əgər KOS subyektlərinə dəstək olaraq tarif və ya rüsumların təkrar nəzərdən keçirilməsinə zərurət yaranarsa, biz bu addımı atmağa hazırıq. Artıq bu gün biz sahibkarlarla danışıqlar aparırıq və yeni tarifləri, onların azaldılması və ya artırılmasını nəzərdən keçirə bilərik”.
Qeyd edək ki, 2018-ci il yanvarın 1-dən etibarən Azərbaycanda gömrük rüsumlarının yeni sistemi qüvvəyə minib.
Mənbə: Moneta.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət