Slimfit
  1. İQTİSADİYYAT

Biznesdə birinci qurban: Britaniya aviaşirkəti koronavirusaya görə iflas etdiyini elan etdi

Biznesdə birinci qurban: Britaniya aviaşirkəti koronavirusaya görə iflas etdiyini elan etdi
Sakura

Biznesdə birinci qurban: Britaniya aviaşirkəti koronavirusaya görə iflas etdiyini elan etdi

Avropanın ən böyük müstəqil regional hava yolu şirkəti olan Flybe, koronavirus səbəbiylə sərnişin sayının azalmasına dözə bilməyərək iflas edib. Baş verən hadisə onsuz da zərərdə olan və maliyyə dəstəyinə ehtiyac duyan şirkətin problemlərinin daha da dərinləşməsinə səbəb olub.

Avropanın ən böyük müstəqil regional daşıyıcısı sayılan İngilis hava yolları Flybe, müflis olduğunu rəsmən elan etdib. Flybe-nin bağlanması, əsas səhmdarı Virgin Atlantic tərəfindən edilən açıqlamada deyilir.

Aviaşirkətlər spn 11 ildə sərnişin axınının ilk dəfə azalmasına hazırlaşır

Bəyanatda Virgin Atlantic'in Flybe-nin fəaliyyətini davam edə bilməməsindən məyus olduğu vurğulanır. Virgin Atlantic, eləcə də Stobart Group və Cyrus Capital Partners şirkətlərinin səyləri ilə 2019-cu ildə daşıyıcının çökməsinin qarşısını almağa çalışan Connect Airways konsorsiumu yaradılmışdı.

Məlumatda deyilir ki "Son 14 ay ərzində konsorsium 135 milyon funt sterlinqdən çox (174.3 milyon dollar) sərmayə qoydu ki, hava yolları bir il ərzində fəaliyyət göstərsin və müştərilərin səyahət etməsinə zəmanət yaratmaq üçün 2400 nəfəri işə götürüb" .

Şirkəti xilas etməkdə iştirak edən hər kəsin səylərinə baxmayaraq, Flybe-nın işində koronavirusun təsiri daha güclü idi, Virgin Atlantic qeyd edir. Bununla əlaqədar konsorsium artıq aviaşirkətə maliyyə dəstəyini davam etdirə bilməz.

Flybe internet saytında bildirilir ki, daşıyıcının xarici meneceri audit və məsləhət şirkəti EY olacaq. Bütün Flybe reysləri ləğv edildi.

Flybe-nin iflas etməsi barədə məlumat əldə edildikdən sonra, iki dəmiryol operatoru müştərilərə və hava yolları işçilərinə təyyarə və ya şəxsiyyət vəsiqələri göstərdikləri təqdirdə qatarlarında pulsuz səyahət etmələrini təklif etdi. Financial Times Flybe-nın iflasından bir gün əvvəl Britaniya hökumətinin aviaşirkətə 100 milyon funt sterlinq (129.1 milyon dollar) hökumət borcu verməkdən imtina etdiyini bildirib. Nəşrin mənbələrindən birinin verdiyi məlumata görə, koronavirusun yayılması daşıyıcıda olan vəziyyəti daha da ağırlaşdırdı. "Bir müddət o, olduqca təhlükəli bir vəziyyətdə idi - onu uçuruma itələmək üçün yüngül təkan lazım idi" qeyd edib.

Təhlilçilər dünya səyahət sənayesinin koronavirusdan mümkün zərərini 80 milyard dollar səviyyəsində qiymətləndiriblər

Flybe, illik sərnişin dövriyyəsi 9 milyona yaxın olan Avropada 85 istiqamət arasında işləyirdi. Onun payına İngiltərədəki daxili uçuşların təxminən 40% düşürdü.

Mənbə: www.forbes.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR