Slimfit
  1. AZƏRBAYCAN

''Bizimkilərin veriliş hazırlamaq qabiliyyətləri yoxdur'' — Rasim Balayev

''Bizimkilərin veriliş hazırlamaq qabiliyyətləri yoxdur'' — Rasim Balayev
Sakura

''Bizimkilərin veriliş hazırlamaq qabiliyyətləri yoxdur'' — Rasim Balayev

Xalq artisti Rasim Balayev son zamanlar efirlərdə görünməməsinin səbəbini açıqlayıb. Balayev ''Ölkə.Az''-ın əməkdaşı ilə söhbətində efirlərə getmək istəmədiyini deyib. ''Mən efirlərə getmirəm. O efirlərə heç getmək istəmərəm də. Çünki Azərbaycanda bir-iki halı çıxmaq şərti ilə efirlər bərbad vəziyyətdədir. Ölkəmizin sənətində birinci yerdə Azərbaycan musiqisi dayanır. Lakin son zamanlarda musiqimizi bərbad günə qoyublar. Lazım oldu-olmadı hər yerdə musiqi səslənir. Çünki veriliş hazırlamaq qabiliyyətləri yoxdur. Qonşu ölkələrin televiziya proqramlarına baxanda görürəm ki, adi şeylərdən necə maraqlı veriliş hazırayırlar. Bizdə ancaq bir müğənni gətirib oxutdururlar, vəssalam. Eyni müğənnilər hər gün cürbəcür kanallara çıxıb mahnı ifa edirlər. Həmin kəslər bizləri Azərbaycan musiqisindən iyrəndirirlər''. Rasim Balayev səhhətindən də söz açıb: ''Əməliyyat olunmuşam və sağalmaq üzrəyəm. Boyun fəqərəmdə problem var idi. O da qolumu keyidirdi. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm. Müəyyən müddətdən sonra gözləyirəm ki, tam yaxşı olum''.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR