Slimfit
  1. DÜNYA

"Bizi yaxşı heç nə gözləmir" - Alimlərdən daha bir XƏBƏRDARLIQ: HAZIR OLUN

"Bizi yaxşı heç nə gözləmir" - Alimlərdən daha bir XƏBƏRDARLIQ: HAZIR OLUN
Sakura

"Bizi yaxşı heç nə gözləmir" - Alimlərdən daha bir XƏBƏRDARLIQ: HAZIR OLUN

Son aylar koronavirus pandemiyası dünya dövlətlərinin başını qatsa da, bunun keçici olduğunu hər kəs bilir. Lakin sivilizasiya bu gün daha amansız və dəhşətli mənzərə ilə üz-üzə qalıb – QLOBAL İQLİM DƏYİŞİKLİYİ ilə… Orta illik temperatur ilbəil qalxır. İstiləşməninsə bir çox səbəbləri var: Ekoloji tarazlığın pozulması, meşə örtüyünün məhv edilməsi, süni intellektin sürətlə inkişaf etdirilməsi və sair…

Qlobal istiləşmə sürətlənir. Qorxulu tendensiyanı yaxından izləyən elm adamları da bundan çox narahatdır. Çünki dəniz səviyyəsinin yüksəlməsi nəticəsində meydana gələn sel və daşqınlar yaxın 30 ildə 23 milyon insana mənfi təsir göstərəcək. ABŞ-ın Elmi Hesabatlar jurnalında yayımlanan xəbərə görə, qlobal istiləşmə qasırğaların artmasına, dənizlərin qabarmasın, sel və daşqınların daha da çoxalmasına səbəb olacaq. Bunun hesabına da dünyanın  ümumdaxili məhsulu 20 faiz azalacaq. Bu isə rəqəmlərin dililə 14,2 trilyon ABŞ dollar itki deməkdir. Alimlər deyir ki, qlobal istiləşmə nəticəsində dəniz səviyyəsi qabararaq okean səviyyəsinə çatır və buzlaqların əriməsinə səbəb olur. Bu o deməkdir ki, bu əsrin sonuna qədər normal olaraq hər 100 ildə bir baş verən sel və daşqınları 10 ildən bir görmək məcburiyyətində qalacağıq. Bu təbii fəlakətdən isə dünya əhalisinin ən azı 4% -i ziyan görəcək.  Elmi hesabatlara görə daşqından ən çox ziyan çəkəcək bölgələr Çinin cənub-şərqi, Avstraliyanın şimalı, Banqladeş, Qərbi Benqal və Hindistanın cənubu ehtimal edilir.

Ümumdünya Meteoroloji Təşkilatınn (WMO) verdiyi açıqlamaya görə, 2024-cü ilə qədər illik istiliyin normadan 1,5 dərəcədən yuxarı olma ehtimalı var. Əgər əvvəlki dövrlə müqayisədə temperatur 1,5 dərəcə artarsa, bu, çox ciddi fəsadlara səbəb olacaq. İngiltərənin Meteoroloji İdarəsi tərəfindən ÜMT üçün apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, dünyada orta illik temperatur 1850-ci ilə nisbətən 1 dərəcə yüksəlib.

Qlobal istiləşmə qeyri soyuq bölgələrə daha çox təsir göstərəcək. Belə ki, bu il qütb bölgəsində avqustda və ondan sonrakı aylarda temperaturun orta göstəricidən iki dəfə yuxarı olacağı ehtimal edilir. Bundan əlavə, dəniz səviyyəsinin yüksəlməsi ilə əlaqədar yaxın beş ildə Avropanın qərbində daha çox fırtınanın olacağı gözlənilir.

Bu yerdə tanınmış fizik Stiven Hokinqin apokaliptik xəbərdarlıqlarını xatrılamaq vacibdir. 76 yaşında vəfat edən fizika üzrə professor Stiven Hoking ümumi nisbi və qara dəliklər üzərində apardığı araşdırmalarla məşhurlaşmışdı. O, bəşəriyyətin başqa planetlərdə daimi məskunlaşması üçün hərəkətə keçmənin vacib olduğunu söyləyirdi hər zaman. O deyirdi ki, bəşəriyyəti yer üzündən silən hadisələrdən qaçmaq mümkün deyil. Bu hadisələrə meteorit zərbələri, həmçinin süni intellekt, iqlim dəyişikliyi, genetik modifikasiya edilmiş viruslar və ya nüvə müharibəsi kimi kosmik hadisələr səbəb ola bilər.

Stiven Hoking süni intellektin yaratdığı imkanları da qəbul etmirdi. 2014-cü ildə Hokinq BBC-yə demişdi ki, “süni intellektin tam inkişafı bəşəriyyətin sonunu gətirə bilər”. İndi alimlər dilemma qarşısında qalıblar. Sivilizasiyanı xilas etmək üçün süni intellektdən imtina etməli, yoxsa başqa planetə köç etməlimi?!

 

Mənbə: Konkret.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR