Bizi xəstəliklərdən qoruyan, çirkinləşdirən və ya gözəlləşdirən, xoşbəxt edən ən vacib orqan
İnsan orqanizminin ən vacib orqanı hansıdır sualına bir çoxları ya beyin, ya da ürək olaraq cavab verirlər. Lakin heç kimin ağlına bağırsaqlar demək gəlmir yəqin ki. Halbuki bağırsaqlar insanı vitaminlərlə təchiz edir, bir çox xəstəliklərdən qoruyur, enerji verirŞ xoşbəxt edir. İnsan bağısaqları haqqında yəqin ki eşitmədiyiniz 8 faktı diqqətə çatdırırıq.
1.İnsan bağırsağında olan mikroorqanzmlərin sayı insanın bədənində olan bütün hüceyrələrdən 1,3 dəfə çoxdur. Bağırsaqlarda 39 trilliona qədər mikroorqanzim yaşayır. Bağırsaq florasının əksəriiyətini 500 növ bakteriya təşkil edir.
2.Normal mikrofloranı anaerob bakteriyalar bifidobakteriyalar,laktobakteriyalar, bakteroidlər, propion turşu bakteriyaları təşkil edirlər. Adı çəkilən bakteriyalar mədədə azlıq, yoğun bağırsaqda çoxluq təşkil edir.
3.Insan orqanizmində immuniteti yaradan hüceyrələrin 80 faizi bağırsaqların selikli qişasındadır.Onlar bakteriyaların qana qarışmasının qarşısını alır. Təhlükə yarandıqda isə aktiv şəkildə immuniqlobulin ifraz etməyə başlayırlar.Bu zülal immuniteti təmin edir.
4.Bağırsaqların selikli qişası kansserogenlərin aktivliyinin qarşısını alır.Bu işdə ona A, C və E vitaminləri kömək edir.
5.Bağırsaqlar antibitikvari cizimlər ifraz edir. Onlar xəstəlik törədən mikrobların qarşısını almağa kömək edirlər.Buna görə də bağırsaq ağrıları zamanı insanın immuniteti zəifləyir.
6.Nazik bağırsağn sahəsi tennis kortu böyüklüyündədir. Nazik bağırsağın uzunluğu 7 metr, eni 2,5 sm. təşkil edir.Qatlardan ibarət olması nazik bağırsağın faydalı maddələri mənimsəməsinə kömək edir.Əgər nazik bağırsağın divarlarını düzəltsək onunla 250 kv. metr sahəni örtmək mümkün olardı. Bu bir tennis kortu meydanı böyüklüyündə ərazi deməkdir.
7. Mikroflora bağırsaqda qalan yemək qalıqları qidalanır.Bunun nəticəsində də orqanizmdə enerji toplanır. Ac qalan adamın üşümə səbəbi də budur.
8. Bəzi vitaminlər məhz bağırsaqda hasil olur. Məsələn qanın normal axını üçün vacib olan K2, əsəb sisteminin işinə və maddələr mübadiləsinə cavabdeh olan B12, təzyiqi normallaşdıran və ürək- damar sisteminin işinə müsbət təsir edən B3 , qan yaranmasında yardımçı olan fol turşusu və B9 vitamini də bağırsaqlarda yaranır.
Müəllif: İlhamə
Mənbə: Bizimyol.info
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət