Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik - Novruz Aslan
Biz sabah da, biri gün də Qarabağdakı erməniəsilli şəxslərə yardım göndərə bilərik.
Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qızıl Aypara Cəmiyyətinin imkanları o qədər də az deyil:
“Bizim iki humanitar karvanı göndərməkdə əsas məqsədimiz ondan ibarət olub ki, görək vəziyyət necədi və burada hansı hadisələr baş verir. Hələlik işlər pis getmir. Əgər müsbət nəticə olarsa, qiymətləndirilmə keçirilərsə, insanların hansısa ərzağa və ləvazimatlara tələbləri olsa, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bunu da etməyə hazırdır.
Biz sabah da, biri gün də yardım göndərə bilərik. Hər şey kommunikasiyadan asılıdır. Müvafiq danışıqlar getməlidir və ehtiyaclar müəyyənləşdirilməlidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət