Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Biz niyə kakao içmirik? – Orqanizmi canlandırır, xəstəlikləri sağaldır

Biz niyə kakao içmirik? – Orqanizmi canlandırır, xəstəlikləri sağaldır
Sakura

Əvvəllər daha çox kakao içərdilər, hətta uşaq bağçalarında da isti kakao verirdilər

Əvvəllər daha çox kakao içərdilər, hətta uşaq bağçalarında da isti kakao verirdilər. İndi isə kakao yaddan çıxıb, yerini qəhvə alıb. Kakao şokoladın əsasıdır. O, çox güclü bitkilərdən biridir. 
 
Tərkibində faydalı mikroelementlərin çoxluğuna görə liderdir, o qədər sink var ki, sanki bir qutu sink qəbul edirsən. 
 
Medicina.az kakaonun insan orqanizminə faydalarını araşdırıb:
 
-Virus və infeksiyalardan qoruyur
-Yaddaşı, beyni gücləndirir
-Tonus verir, əhvalı yüksəldir
-Qanda xolesterinin miqdarını azaldır
 
-Yaraları tez sağaldan, dərini bərpa edən, qırışlanmasına qarşı olan kokoxil adlı birləşməsi var.
-Diabet, infarkt, insult, xərçəngə qarşı təsir edir
-Antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir
-Qan dövranını yaxşılaşdırır, orqanizmi isidir, mikroblardan qoruyur
 
 
Amerikalı alimlər öz tədqiqatlarında sübut etdilər ki, kalorili olmasına baxmayaraq o insanı kökəltmir. 
Kakao tərkibində olan təbii melonin isti şüaları udur, dərini ultrabənövşəyi şüalardan qoruyur. 
 
Diabet xəstələri üçün resept:
Kakao diabet xəstələri üçün də çox faydalıdır. 
 
2 stəkan südə 1 xörək qaşığı kakao tozu, yarım çay qaşığı darçın, yarım çay qaşığı  mixək əlavə olunur, orta odda qızdırılıb qarışdırılır. Hamısı həll olunmalıdır. Sonda bir çimdik duz qatılır. Gündüz saatlarında yarım stəkan olmaqla, fasilələrlə içilir.
Əgər uşaqlarınıza hər gün kakao içirtsəniz, onlar enerjili, sağlam və zehinli olar.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR