Slimfit
  1. MARAQLI

Biz nə üçün əsnəyirik və bu, niyə belə yoluxucudur? Alimlərin yeni versiyası

Biz nə üçün əsnəyirik və bu, niyə belə yoluxucudur? Alimlərin yeni versiyası
Sakura

Biz nə üçün əsnəyirik və bu, niyə belə yoluxucudur? Alimlərin yeni versiyası

Əsnəmək orqanizmin təkamül prosesində inkişaf etmiş özünümüdafiə mexanizmidir, beyni sərinlədir, onu hədsiz isinmədən qoruyur. Bizim nə üçün əsnədiyimizi öyrənmək istəyən və bu prosesin nə üçün belə yoluxucu olduğunu - birinin əsnədiyini görən kimi bizim də əsnəmək istəməyimizin səbəbini araşdıran İtaliya və ABŞ alimləri bu qənaətə gəliblər.

Araşdırmanın nəticələri avqust ayında "Psychology & Behavior" jurnalında dərc ediləcək.

"Çox vaxt həm elmi dairələr, həm də adi adamlar əsnəməyi tamamilə səhv başa düşürlər" - araşdırmanın aparıcı müəllifi, Nyu-York Politexnik İnstitunun psixologiya müəllimi Endryu Gellap belə deyir.

Əsnəmək təkcə insanlara yox, heyvanlara da xas xüsusiyyətdir. Uzun müddətdir ki, alimlər bu prosesin mexanizmini və nevroloji baxımdan mahiyyətini anlamağa çalışırlar.

Ən inandırıcı versiyalardan biri budur ki, əsnəmək isinmiş qanın başdan qovulmasına səbəb olur, yəni termorequlyasiyaya xidmət edir. Yeni araşdırma bu hipotezi təsdiqləyir.

Alimlər aşkar ediblər ki, əsnəmək məhz kəllədaxili temperaturun artmasıyla əlaqəlidir.

Həm spontan, həm də yoluxucu hallarda prosesin məqsədi daha səmərəli fəaliyyət göstərməsi üçün beynin temperaturunu optimal səviyyəyə salmaqdır.

Əsnəməyə qarşı kompres

Gellap və həmkarları əvvəlki araşdırmalarında sübut etmişdilər ki, əsnəməyin yoluxuculuğu ciddi dərəcədə ilin fəslindən və havanın temperaturundan asılıdır.

Məsələn, şimal yarımkürəsində insanlar yaya nisbətən qışda daha az əsnəyirlər.

Ən yoluxucu əsnək 20 dərəcə Selsi temperturunda başlayır. Temperaturun sonrakı yüksəlişi onun tezliyinə və davamlılığına, demək olar ki, təsir etmir.

Termorequlyasiya hipotezini yoxlamaq üçün alimlər bu dəfə iştirakçıların boyunlarına növbəylə üç kompres qoyublar: soyuq (Selsi üzrə 4 dərəcə), isti (Selsi üzrə 46 dərəcə) və otaq temperaturunda (22 dərəcə).

Kompreslərin hər birini yuxu arteriyası bölgəsində 5 dəqiqə saxlayıb termoqrafiya vasitəsilə beynin temperaturunun dəyişdiyini dəqiqləşdirəndən sonra alimlər iştirakçılara 9 təsadüfi şəxsin əsnəməsinin qeydə alındığı qısa videoçarx göstəriblər. Məqsəd onların əsnəyib-əsnəməyəcəyini və bunu nə dərəcədə aktiv edəcəklərini müşahidə etmək olub.

Eksperimentin dəqiqliyini təmin etmək üçün iştirakçıların əvvəlki gün neçə saat yatması da nəzərə alınıb.

Məlum olub ki, soyuq kompres əsnəmək istəyini xeyli dərəcədə azaldır. İsti kompresdən sonra iştirakçıların 85 faizi əsnəyibsə, soyuq kompresdən sonra bu hal onların cəmi 48 faizində qeydə alınıb.

Bundan başqa, soyuq kompresdən sonrakı videoizləmə zamanı əsnəmə sayı üç dəfə azalıb.

Alimlər deyirlər ki, bununla da əsnəməyin termorequlyasiya funksiyasını sübut ounmuş hesab etmək olar.

Sirli əsnək

Ancaq bu araşdırma ən azı üç suala cavab verməyib.

Birincisi, əgər əsnək beynin qızmasının qarşısını almaq üçündürsə, nə üçün isti kompres otaq temperaturunda olan kompresdən daha çox əsnəmək istəyi yaratmır - axı, kəllədaxili temperatur artmışdı?

Öz araşdırmalarında alimlər bu suala belə cavab veriblər: "Əsnək sadəcə kompensasiya xarakterli soyuducu mexanizmdir. İsti kompres beynin temperaturunu əsnəyin effektli olduğu həddən yuxarı qaldırır".

İkincisi, nə üçün temperaturdan asılı olmayaraq biz gecə az yatmış olanda və bir də uzun, yorucu gündən sonra daha çox əsnəyirik? Bu, yorğunluğun termorequlyasiya mexanizmlərinə mənfi təsir etməsi və buna görə də orqanizmin əlavə mexanizmə əl atması deməkdirmi?

Alimlər bunu ağlabatan izah hesab edirlər, amma əlavə eksperimentlərə ehtiyac olduğunu da deyirlər.

Və üçüncü sual: nə üçün əsnəmək bu qədər yoluxucudur və "beyni sərinlətmək" arzusu bizdə daha çox başqalarının əsnədiyini görəndə yaranır? Təəssüf ki, Gellap və həmkarları bu suala cavab verə bilmirlər, halbuki bununla bağlı daha əvvəl də araşdırma aparmışdılar.

Amerikalı professor etiraf edir ki, "bəzi araşdırmalarda yoluxucu əsnək və empatiya arasında əlaqə olduğu üzə çıxıb, amma nəticələr heç də birmənalı və ardıcıl deyil".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR