Slimfit
  1. MARAQLI

“Biz erməniyik, oğlum müsəlman ola bilməz” - Arturun anası

“Biz erməniyik, oğlum müsəlman ola bilməz” - Arturun anası
Sakura

“Biz erməniyik, oğlum müsəlman ola bilməz” - Arturun anası

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Türkiyənin tanınmış ilahiyyatçısı Nihat Hatipoğlunun verilişində 13 yaşlı oğlan dinini dəyişib. 

Canlı yayımda erməni əsilli olduğunu deyən Artur adlı yeniyetmə xristianlıqdan imtina edib və "Kəlimeyi-Şəhadət" gətirərək müsəlman olub.
İlahiyyatçı 13 yaşlı oğlanın ailəsinin razılığı ilə dinini dəyişdiyini deyib. Bundan başqa, o, yeni isminin Nihat olduğunu söyləyib. Bu məsələ Türkiyə və Ermənistanda geniş müzakirələrə səbəb olub və uşağın anası erməni KİV-lərinə açıqlama verib. 
 
Azvision.az -ın məlumatına görə, Lurer.com-a danışan Alina adlı erməni qadın oğlunun müsəlmanlığı qəbul etməsindən xəbərsiz olduğunu, bu işdə onun razılığının alınmadığını deyib. 

"Uşağım müsəlman ola bilməz. Biz erməniyik, xristianıq. Belə olacağını bilsəydim, verilişə oğlumla birlikdə gedərdim. Mənim xəbərim olmayıb. Artur suriyalı dostunun dəvətilə ora gedib. O,uşaqdır, səhv edib. Müsəlman olmadı, həm də sünnət olmayıb. Axı biz erməniyik, oğlum müsəlman ola bilməz", - deyə qadın etirazını bildirib. 

HDP-li deputat Qaro Palyan erməni ailənin şikayəti əsasında rəsmi qurumlara müraciət ünvanlayıb, Nihat Hatipoğlunun və telekanalın cəzalanılmasını tələb edib. 
 

[haber=67154]

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR