Dərc edildi: Baxış sayı: 896
Biz avtomobilə minməzdən əvvəl avtomobilin pəncərələrini açmadıqda nə baş verir?
Siz hətta avtomobilinizi kölgədə saxlasaz belə avtomobilin salonunda 400-800 mq benzol (kimyəvi birləşməsi C6H6, PhH - üzvi kimyəvi birləşmə, xüsusi bir şirin qoxusu olan rəngsiz maye) toplanır. Əgər siz avtomobilinizi günəş şüalarının altında və ya 16°C-dən yüksək temperatur olan yerdə saxlamısızsa bu zaman benzolun miqdarı 40 dəfə artaraq 2000 - 4000 mq-a çatır.Avtomobilə oturarkən onun pəncərələri bağlı olarsa, avtomobilə minən insan benzollu hava ilə nəfəs alır. Bu zaman toksinlər böyrəkləri, qara ciyəri və beyin toxumasını zəhərləyir. Qısa müddət ərzində benzollu hava ilə nəfəs aldıqdan sonra isə orqanizmin təmizlənməsi üçün uzun müddət zaman və güc lazım olur. Avtomobil idarə edənlərə avtomobilə oturan zaman kondisioneri işə salmaq və ya pəncərələri açmaq tövsiyyə edilir. Bu zaman avtomobilin salona dolmuş benzol havaya qarışır və hava təmizlənir.
Natiq Nazimoğlu
Qeydiyyat tarixi:
"AVTO KLUB AZƏRBAYCAN" klubunun təsisçisi, araşdırmaçı avtoekspert
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət