Slimfit
  1. DÜNYA

“Bitcoin”in qiyməti 88 min dollara çata bilər - Proqnoz

“Bitcoin”in qiyməti 88 min dollara çata bilər - Proqnoz
Sakura

“Bitcoin”in qiyməti 88 min dollara çata bilər - Proqnoz

Son 6 ay ərzində "Bitcoin” (BTC) iki dəfədən çox artaraq 2021-ci ilin tarixi rekordlarını yeniləyib. Analitiklərin fikrincə, 2024-cü ilin sonuna qədər "Bitcoin”in qiyməti 88 min ABŞ dollarına çata bilər.

Ens.Az-ın məlumatına əsasən,bu barədə "Ölkə.az" "Euronews-a istinadən xəbər verir.

Bu proqnoz Britaniyanın finteks şirkəti "Finder” tərəfindən kriptovalyuta platformalarının nümayəndələri və kriptovalyuta sahəsi ekspertləri arasında fundamental amillərə və texniki təhlilə əsaslanan sorğudan sonra yaranıb.

Digər analitiklər də optimistdirlər:

Mayk Novograts, "Galaxy Digital” şirkətinin baş direktoru: ETF təsdiq edildikdən sonra bir çox insanlar "fikir dəyişikliyi" yaşadılar. İlin sonuna qədər biz BTC-ni 100.000 ABŞ dolları səviyyəsində görəcəyik. Əgər korreksiyadan danışsaq, qeyri-adi bir şey baş verməsə, 50.000-dən aşağı enişləri görməyəcəyik.
"Bitcoin göylərə qalxır. Edə biləcəyiniz ən böyük səhv ləngiməyiniz olacaq. 500 dollarla belə başlamaq vacibdir. Növbəti dayanacaq 2024-cü ildə 300.000 dollar olacaq", - "Varlı ata, kasıb ata" bestsellerin müəllifi Robert Kiyosaki yazıb.

Eyni zamanda, "Traders Union” analitiklərinin fikrincə, uzunmüddətli perspektivdə daha az dinamika ilə də olsa, yüksəliş tendensiyası növbəti bir neçə ay ərzində davam edəcək və 2024-cü ilin sonuna kimi qiymət 77 min dollara çatacaq.

"Binance” analitikləri proqnozlarında daha ehtiyatlıdırlar. Onların fikrincə, 2025-ci ilin əvvəlinə qədər qiymət 71-72 min dollarlıq zonada qalacaq, lakin bu həddi keçmə ehtimalı azdır.

"Bull run” (kriptovalyuta qiymətlərinin sürətli yüksəlişi) tərəfdarları gələcək artımın lehinə bir neçə əsas arqumentə malikdirlər.

Əvvəla, institusional investorlar tərəfindən tələb yüksəkdir. Söhbət ilk növbədə əsas institusional oyunçulardan və investisiya fondlarından gedir.

Yanvar ayında ABŞ-da spot ETF üçün müraciəti təsdiqlənən, dünyanın ən böyük investisiya fondlarından biri olan "BlackRock” ən böyük investor olub. Fondun balansı iki ayda 15,5 milyard dollara yüksəlib. Ümumilikdə fond 225 mindən çox BTC alıb.

Digər böyük korporativ sahibi olan iri proqram təminatı istehsalçısı "MicroStrategy”nin balansında 15,06 milyard dollar dəyərində 205,000-dən çox BTC var. Və şirkət investisiya həcmini artırmağa davam edir.

Martın ortalarında məlum olub ki, şirkət "Bitcoin”ə əlavə investisiyalar üçün 2030-cu ildə vaxtı çatacaq 500 milyon dollar həcmində istiqrazlar buraxacaq. Bu fonda "MicroStrategy”nin səhmləri gün ərzində 10,85% bahalaşıb.(Qaynarinfo )

Analitiklər xəbərdarlıq edir ki, fondlar həmişəlik kriptovalyuta aktivləri almayacaq. Ancaq nə qədər tendensiya mövcuddursa, pərakəndə investorlar anı buraxmamalıdırlar.

Digər amil BTS-in əvvəlki tarixi maksimumun psixoloji səviyyəsini keçməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR