Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Bişmiş tərəvəzlərin əsas üstünlükləri

Bişmiş tərəvəzlərin əsas üstünlükləri
Sakura

Bişmiş tərəvəzlərin əsas üstünlükləri

Ekspertlər bişmiş tərəvəzləri rasionumuza daha tez-tez daxil etməmizi məsləhət görürlər.

AZƏRTAC tibb saytlarına istinadla bişmiş tərəvəzlərin üstünlükləri barədə məlumatı təqdim edir.

Sağlam dəri. Bişmiş tərəvəzlərdən istifadə sayəsində biz dərimizin sağlam, cavan və elastik olmasını təmin edə bilərik. Bu məqsədlər üçün kök, ispanaq və pomidor daha uyğundur. Çünki bu tərəvəzlərin tərkibində yüksək miqdarda suyun və nutrientlərin (antioksidantlar və iltihabəleyhinə komponentlər) olması müəyyən edilib. Bunlar dərimizin müdafiəsi üçün zəruridir.

Sağlam böyrəklər. Əgər siz sidik kisəsində daş xəstəliyindən əziyyət çəkirsinizsə, o zaman mütləq bişmiş tərəvəzlərdən istifadə edin. Bu, ciddi ağırlaşmalardan qorunmağa kömək edir. Ekspertlər hesab edirlər ki, bu ərzaqların gündəlik rasiona daxil edilməsi böyrəklərdə daş əmələ gəlməsinin əvvəlcədən qarşısını alır.

Sağlam saçlar. Saç əkilməsi sahəsi üzrə ayrı-ayrı mütəxəssislər hesab edirlər ki, kök tük follikullarını stimullaşdıraraq, saçların uzanmasına şərait yaradır. Baş üçün maskalar xüsusilə effektlidir. Bir neçə kökü qaynadın, sonra əzərək elə bişdiyi su ilə qarışdırın. Alınan kütləni başın dərisinə çəkin. Yarım saat saxladıqdan sonra yuyun.

Sağlam mədə. “Helicobacter pylori” adlı bakteriyaların əmələ gətirdiyi mədə pozuntularına qarşı qida rasionuna bəzi dəyişikliklər etməklə, bişmiş tərəvəzlərdən istifadə etməklə mübarizə aparmaq mümkündür. Bu ərzaqlar asan həzm olunur, mədə divarlarına daha az təzyiq göstərirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR