Slimfit
  1. İQTİSADİYYAT

Birləşmiş Ştatların gündəlik neft istehsalı 10,9 milyon barrelə çatıb

Birləşmiş Ştatların gündəlik neft istehsalı 10,9 milyon barrelə çatıb
Sakura

Birləşmiş Ştatların gündəlik neft istehsalı 10,9 milyon barrelə çatıb

ABŞ-ın sutkalıq neft hasilatı yenidən artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 60 min barrel artaraq gündəlik 10,9 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı Alyaska ştatında əvvəlki həftə ilə müqayisədə 60 min barrel artıb, digər ştatlarda isə hasilatda dəyişiklik olmayıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 31 həftənin 27-də artım göstərib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,08 milyon barrel artaraq gündəlik 9,01 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 258 min barrel azalaraq sutkada 1,59 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il isə 11,7 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR