Slimfit
  1. DÜNYA

“Birləşmiş Ştatlar ötən əsrin dəniz quldurlarına bənzəyir” – Kuba Prezidenti

“Birləşmiş Ştatlar ötən əsrin dəniz quldurlarına bənzəyir” – Kuba Prezidenti
Sakura

Birləşmiş Ştatlar Amerika qitəsində azad insanların hesabına yenidən böyük güc olmaq istəyir. ABŞ soyuq…

Birləşmiş Ştatlar Amerika qitəsində azad insanların hesabına yenidən böyük güc olmaq istəyir. ABŞ soyuq müharibə dövründə bizim ölkələri “üçüncü dünya ölkələri” adlandırırdı. Kiçik ölkələr laboratoriyalara və silah ticarətinin məkanına çevrilmişdi.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kuba Prezidenti Migel Diaz-Kanel Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakıda keçirilən 18-ci  Zirvə Görüşündə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, ABŞ qərarlar qəbul edir və digər ölkələrin bunlara riayət etməyimizi istəyirlər: “Terrorizmlə mübarizə və demokratiyanın qurulması bəhanəsi ilə onlar müxtəlif ölkələrə müdaxilə edir. Psixoloji müharibənin yeni metodlarından istifadə olunur, münaqişələr yenidən alovlandırılır. Onlar bizim iqtisadi əlaqələrimizi bloklamağa cəhd edir və informasiya müharibələri təşkil edirlər. Onlar yenidən ABŞ-ın böyük olacağını bildirirlər. Lakin onların Amerikası bizim Amerika deyil. Biz öz inkişafımızı hegemonluq olmadan davam etdirmək niyyətindəyik. ABŞ-ın aqressiyası bizim inkişafımıza maneə və Kubada insan haqlarına hörmətsizlikdir”.

Kuba Prezidenti vurğulayıb ki, ölkəsinə qarşı blokada davam edir və hər həftə yeni iqtisadi sanksiyalar qəbul olunur: “Birləşmiş Ştatlar ötən əsrin dəniz quldurlarına bənzəyir. Biz bu təhdidlərdən qorxmuruq və təcavüzə boyun əyməyəcəyik. Birləşmiş Ştatlar bizim regionu gərginləşdirməyə davam edir. Vurğulamaq istəyirəm ki, biz dialoqun və sabitliyin bərqərar olmasının tərəfdarıyıq. Biz müstəqillikdən imtina etməyəcəyik. Onların silahı varsa, bizim də xalqımız var. Təklif edirəm ki, biz birgə, güclü olaq”.

Prezident əlavə edib ki, Kuba Venesuelanı, Şimali Koreyanı, Boliviyanı  Birləşmiş Ştatların hücumuna qarşı dəstəkləyir: “Ümid edirik ki, yaxın zamanlarda Suriya xalqına qarşı müharibə də başa çatacaq və Fələstin münaqişəsi nizamlanacaq”.

Qeyd edək ki, Qoşulmama Hərəkatından sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan prezidenti İlham Əliyev həmçinin, yekdilliklə Qoşulmam Hərəkatının hökumət və dövlət başçılarının 18-ci Zirvə Görüşünün sədri seçilib. Xatırladaq ki, Qoşulmama hərəkatı 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərbittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR