Slimfit
  1. SİYASƏT

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb
Sakura

Birləşmiş Krallığın dövlət naziri antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırılıb

Sentyabrın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Krallığın Cənubi Asiya, Afrika, BMT, İnsan Hüquqları üzrə dövlət naziri Lord Ahmad ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə münasibətlərinə xüsusi önəm verdiyini, iki ölkə arasında son vaxtlar siyasi dialoqun intensivləşməsinin iqtisadi, təhsil və digər yeni sahələr üzrə əməkdaşlığın inkişafına təkan olacağınıi bildirib. Eyni zamanda, britaniyalı həmkarı ilə parlamentlərarası münasibətlərin inkişafı, regional və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparıb.

Nazir həmkarını regionda mövcud vəziyyət, Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qondarma rejimin hərbi təxribatları nəticəsində yaranmış gərginlik, habelə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin məqsəd və nəticələri barədə ətraflı məlumatlandırıb.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq mövcudluğunu davam etdirən erməni silahlı birləşmələrinə qarşı aparılan antiterror tədbirləri nəticəsində bölgədə sülh və təhlükəsizliyə hədə olan bu silahlı qrupların buraxıldığı və tərk-silah işlərinə başlandığı diqqətə çatdırılıb.

Görülən antiterror tədbirləri çərçivəsində mülki vətəndaşlara heç bir zərərin dəymədiyi, onların təhlükəsizliyinin təmini istiqamətində öncədən bütün lazımi tədbirlərin görüldüyü bildirilib.

Azərbaycanın Qarabağda yaşayan erməni sakinlərinin hüquq, azadlıq və təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası, tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmlərinə uyğun olaraq təmin ediləcəyi vurğulanıb.

C.Bayramov həmsöhbətini Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi ilə bağlı baxışı, bu istiqamətdə atılan praktiki addımlar, habelə Ermənistanla normallaşma gündəliyi və Qarabağda yaşayan erməni əsilli sakinlərin reinteqrasiya prosesi barədə məlumatlandırıb.

Görüşdə yeni əməkdaşlıq istiqamətləri və qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR