Slimfit
  1. MARAQLI

Birləşmiş Ərəb Əmirlikləri ən uzun əl sıxma göstəricisi ilə Ginnesin Rekordlar Kitabına düşüb

Birləşmiş Ərəb Əmirlikləri ən uzun əl sıxma göstəricisi ilə Ginnesin Rekordlar Kitabına düşüb
Sakura

BƏƏ-də qeyri-adi dünya rekordu müəyyənləşib

Ens.az xəbər verir ki, ölkə ən uzun əl sıxma göstəricisi ilə Ginnesin Rekordlar Kitabına düşüb

Birləşmiş Ərəb Əmirlikləri Ginnesin Rekordlar Kitabına yenidən adını yazdırıb - bu dəfə ən uzun əl sıxma göstəricisi ilə. Rekordun müəyyənləşdiyi mərasim Əbu- Dabidəki "Umm Al Emarat" Parkında keçirilib. Burada cəmiyyətin müxtəlif təbəqələrindən olan 1817 nəfər iştirak edib.

"Bir dünya. Bir müraciət" adlı törən Əbu-Dabi polisinin Gənclər şurasının təşəbbüsü ilə keçirilib və İnsan qardaşlığı haqqında Sənədin imzalanmasının ildönümünə ithaf olunub.

Tədbirdə BƏƏ-nin Tolerantlıq naziri Şeyx Nahyan bin Mubarak Al Nahyan iştirak edib.

O, bu təşəbbüsə ictimaiyyətin geniş kütlələrinin qatılmasını alqışladığını qeyd edərək BƏƏ-nin açıqlıq siyasətini reallaşdırmağa davam edəcəyini, ölkə hakimiyyətinin səylərinin millətin çiçəklənməsinə və xalqlar arasında sülh və qardaşlıq münasibətlərinin qurulmasına yönəldiləcəyini vurğulayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR