Slimfit
  1. CƏMİYYƏT

Birincilər məktəbdə virusa yoluxa bilər?- BAŞ PEDİATR DANIŞDI

Birincilər məktəbdə virusa yoluxa bilər?- BAŞ PEDİATR DANIŞDI
Sakura

Birincilər məktəbdə virusa yoluxa bilər?- BAŞ PEDİATR DANIŞDI

Bəzi mütəxəssislər kiçik yaşlı uşaqların koronavirusa yoluxmasının aşağı olduğunu, digərləri isə çox olduğu bildirir. Dünya təcrübəsində COVİD-lə mübarizədə neçə aydır ki, uşaqların, hətta bir neçə günlük körpələrin də virusa yoluxduğu xəbərlərinə rast gəlindi. Bu virusun uşaqlar üçün heç də təhlükəsizliyindən xəbər vermir. Azərbaycanda orta məktəblər iki gündür açılıb.

Gigiyenik tələblərə mexaniki cavab verən və hələ də yaşlarından gələn təcrübəsizlikdən epidemik məktəb qaydalarına uyğunlaşan birincilərin virusa yoluxma təhlükəsi nə qədərdir?

Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a Azərbaycanın baş pediatrı Nəsib Quliyev danışıb:

"Dünyanın statistikası göstərir ki, uşaqların koronavirusa yoluxma faizi çox aşağıdır.

Buna baxmayaraq dünyada yeni doğulan uşaqdan başlamış bütün yaşlarda olan insanlar sözügedən xəstəliyə yoluxa bilər. Ona görə də məsələyə ehtiyat igidin yaraşığıdır prinsipindən yanaşılmalıdır. Uşaqların məktəbə getməyinə normal baxıram. ÜST-də bunu təsdiqləyir.

Uşaqlara başa salmaq lazımdır k, gigiyena qaydalarına riayət etsinlər, əşyalarını başqaları ilə qarışdırmasınlar.

Uşaqlar çox zaman verilən tapşrıqları böyüklərdən düzgün yerinə yetirirlər. İzahat veriləndə hər şeyi qavrayıb, mənimsəyirlər. Sinifdə uşaqlar ən əsası nəzarətsiz qalmamalıdır. Deyilən qaydalara əməl olunsa, dərs prosesinin davam etməsi mümümkündür. Virusa yoluxma ehtimalı isə həmişə qalır. Yəni, yoluxma ehtimalı minumum olsa da yenə də qalır. Uşaqlar yoluxmur deyərək, gigiyenik tədbirlərdən uzaqlaşmaq çox təhlükəli fəsad törədə bilər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR